Ölkə əhalisinin 80 faizi internet istifadəçisidir - Nazirlik
Baxılıb: 727 Tarix: 29-11-2018 15:50
Bu gündən Avropa İttifaqı ölkələrindən olan mütəxəssislərin iştirakı ilə “Telekommunikasiya sahəsində tətbiq olunan tariflər” mövzusunda ikigünlük seminar öz işinə başlayıb.
Bu barədə Qanunvehedef.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) məlumat verilib. NRYTN tərəfindən təşkil olunan seminarda nazirliyin, eləcə də “Aztelekom”, “Bakı Telefon Rabitəsi”, Dövlət Radiotezliklər İdarəsi, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin nümayəndələri iştirak edib.
Nazirliyin Maliyyə və iqtisadi təhlil şöbəsinin müdiri Gülru Hüseynova geniş məruzə ilə çıxış edərək, informasiya-kommunikasiya sektorunda həyata keçirilən işlər, əldə olunan nəticələr barədə ətraflı məlumat verib. O bildirib ki, bir çox sahələrdə olduğu kimi, telekommunikasiya sahəsində də ölkəmiz Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir:
“Bu gün ölkə əhalisinin 80 faizi internet, 72 faizi isə genişzolaqlı internet istifadəçisidir. Ölkənin coğrafi yerləşmə mövqeyindən, eləcə də relyefindən asılı olaraq əksər yaşayış məntəqələrində əhaliyə poçt və telekommunikasiya xidmətlərinin göstərilməsi üçün geniş imkanlar yaradılıb. Paytaxtda və regionlarda telekommunikasiya şəbəkəsində ən son texnologiyalar tətbiq edilməkdədir. 2010-cu ildən ölkə əhalisinin 100 faizi mobil rabitə ilə təmin olunub. Eyni zamanda sektorda həyata keçirilən liberallaşma tədbirləri nəticəsində özəl sketorun payı son 15 ildə 67 faizdən 81 faizə yüksəlib. Respublikada internet xidmətlərinin daha geniş yayılması və inkişafına dəstək məqsədi ilə 2000-ci ildən internet xidmətlərinin göstərilməsi üçün lisenziyalar ləğv edilib. Bundan başqa, 2016-cı ildən respublikada analoq televiziya yayımı tam dayandırılıb və 10-12 kanaldan ibarət açıq paketlə rəqəmli televiziya yayımına keçid təmin edilib”.
Seminarda Avropa İttifaqı ölkələrindən (Latviya, Litva, Finlandiya, İtaliya) telekommunikasiya sahəsi üzrə ekspertləri müxtəlif mövzular üzrə məruzə ilə çıxış ediblər.
Ən çox oxunanlar
Son xəbərlər