Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Külək Bakıda fəsadlar törətdi

Baxılıb: 725     Tarix: 30-11-2018 13:10   
Ötən gündən paytaxtda əsən güclü külək şəhərin müxtəlif yerlərində fəsadlar yaradıb.
Baki Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədovun Trend-ə verdiyi məlumata görə, bu saata qədər paytaxtda müxtəlif ünvanlarda 76 ağac aşması faktı ilə bağlı müraciətlər daxil olub:
“Dünəndən bu günə şəhərin müxtəlif yerlərindən, əsasən Yasamal və Nəsimi rayonlarından ağac aşması ilə bağlı müraciətlər daxil olub. Bitkilərin mühafizəsi şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək gecə saat 03:00 radələrinə qədər hər bir ünvana əməkdaşlar cəlb edib, bütün fəsadlar aradan qaldırılıb. Bu saata qədər müraciətlər daxil olmuş ərazilərin 99 faizi aşan ağaclardan təmizlənib. Aşan ağaclar ətrafda olan maşınlara ziyan vurmayıb”.
Şöbə rəisi qeyd edib ki, aşan ağaclar arasında qurumuş, yaşlı ağaclardan başqa, sağlam ağaclar da var.
O.Məmmədov deyib ki, hazırda texnikaların hər biri şəhərin müxtəlif yerlərində hazır vəziyyətdədir, aşma ehtimalı olan ağaclar nəzarət altındadır: "Ancaq buna baxmayaraq, sürücülərdən də xahiş edirik ki, avtomobillərini hündür və iri gövdəli ağacların altında saxlamasınlar".



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar