Bu yol gələn ildən ödənişli olacaq – Hazırlıq
Baxılıb: 711 Tarix: 30-11-2018 13:30
Gələn ilin ilk rübündən etibarən Ələt-Astara-İran sərhədi yolunda hərəkət tamamilə ödənişli əsaslarla həyata keçiriləcək.
Bu sözləri Qanunvehedef.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bir neçə aydır istifadəyə verilən və Azərbaycanın ilk pullu yolu olacaq Ələt-Astara-İran sərhədi yolunun ödənişli edilməsi ilə bağlı aparılan son tamamlanma işlərindən danışarkən bildirib.
A.Nəcəfli qeyd edib ki, yolun ödənişli əsaslarla istifadəsi üçün noyabr ayından müvafiq işlərə başlanılıb:
“Noyabr ayından etibarən Ələt-Astara-İran sərhədi avtomobil yolunun ödənişli olması ilə bağlı işlər başlanılıb. Lazımi turniketlər sifariş verilib. Hazırda xaricdən turniketlərin gətirilməsi prosesi həyata keçirilir. Nəzarət-buraxılış məntəqələrində quraşdırılması nəzərdə tutulan turniketlər Cənubi Koreyadan sifariş verilib.
Turniketlərin hamısı gətirildikdən sonra quraşdırılmasına başlanılacaq. İlin sonuna qədər nəzarət-buraxılış məntəqələrinin tikintisi və turniketlərin quraşdırılması kimi məsələlər öz həllini tapmış olacaq.
Yolun birdəfəlik ödənişli olması təxminən növbəti ilin birinci rübü ərzində reallaşacaq. Gələn ilin ilk üç ayı ərzində Ələt-Astara-İran sərhədi yolunda hərəkət tamamilə ödənişli əsaslarla həyata keçiriləcək”.
A.Nəcəfli bildirib ki, ödənişlərin hansı sistemlə ediləcəyi müzakirə olunacaq, məbləğini isə Tarif Şurası müəyyən edəcək.
Xatırladaq ki, köklü təmirdən sonra sözügedən yol 38 kilometr qısaldılaraq 204 kilometr olub.
Yol boyu 24 körpü, 66 yeraltı keçid, 25 yolötürücü və yol qovşağı, 4 tunel, 51 kilometr çiyinlərdə suaxıdıcı beton küvetlər tikilib, 5 istirahət parkı salınıb, 166 kilometr ayırıcı zolaqda dəmir-beton təhlükəsizlik və 140 kilometr çiyinlərdə metal mühafizə çəpərləri, suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb və yol cizgi xətləri çəkilib.

Ən çox oxunanlar
Son xəbərlər