Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Müsəlmanlara ziyafətdə donuz əti təqdim edən Almaniyadan rəsmi açıqlama

Baxılıb: 636     Tarix: 03-12-2018 10:52   

28 noyabrda baş tutan 4-cü Almaniya İslam Konfransının axşam yeməyində donuz ətindən hazırlanan yeməklərin verilməsi böyük mübahisələrə səbəb olub.
Qanunvehedef.az publika.az-a istinadla xəbər verir ki, konfransı təşkil edən Daxili İşlər Nazirliyi sərt şəkildə tənqid edilib.
Lakin nazirlikdən verilən açıqlamada donuz ətinin konfrans yeməyində ilk dəfə deyil, daha öncəki illərdə də təqdim edildiyi bildirib:
"13 çeşid yemək təqdim edilib. Bunların içində halal, vegetarian, ət və balıq yeməkləri də olub. Konfransa qatılanların dini çeşidliliyi nəzərə alınıb. Yenə də bəzi şəxslərin dini duyğularını incitmişiksə, üzr istəyirik".
Qeyd edək ki, Almaniyada 2006-cı ildən etibarən dövlət qurumları ilə ölkədə yaşayan müsəlmanlar arasında əlaqələri möhkəmləndirmək üçün konfranslar keçirilir. Konfransın sonunda isə açıq bufet tərkibli axşam yeməyi verilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar