Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

“Günəşli” faciəsi: 22 neftçi hələ də tapılmayıb

Baxılıb: 566     Tarix: 04-12-2018 10:52   

Bu gün “Günəşli” yatağındakı 10 və “Neft Daşları”ndakı 501 saylı dəniz özüllərində baş verən yanğın hadisəsindən üç il ötür.
Qanunvehedef.az xatırladır ki, 2015-ci il dekabrın 4-də baş vermiş qəza nəticəsində 8 neftçi dünyasını dəyişib, 33-ü ağır yaralanıb, 22-si isə itkin düşmüş hesab edilir. Onların meyiti hələ də tapılmayıb. Neft yatağındakı yanğın zamanı ümumilikdə 63 nəfər zərər çəkib.
Hadisəyə ilkin səbəb kimi saat 17ː40 radələrində nəhəng dalğaların “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırması nəticəsində boru kəmərini zədələməsi və şiddətli yanğın baş verməsi göstərilir.
Bu hadisə ilə əlaqədar olaraq Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr 2015-ci ildə matəm günü elan olunmuşdu.
Həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Çilov adasında abidə ucaldılıb.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar