AAYDA və meriya Bakını “bölüşdürdü” - Açıqlama
Baxılıb: 655 Tarix: 04-12-2018 11:17
Hava Limanı yolu, Heydər Əliyev, Babək, Nobel prospektləri və bu kimi Bakıətrafı əsas yolların qar və buzdan təmizlənməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən addım atılacaq. Şəhəriçi yolların təmizlənməsi isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək.
Bu sözləri Qanunvehedef.az-a Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bakı şəhərinin enişli-yoxuşlu və sərt döngələrə malik 30 marşrut üzrə qar və buzdan təmizlənməsi üçün tədbirlər planı hazırlanması ilə bağlı danışarkən bildirib.
A.Nəcəfli deyib ki, Bakının bütün giriş və çıxışları, xarici dairəvi yol, hava limanı şosesi və bu kimi digər 30 ərazisi qış boyunca xüsusi nəzarətdə saxlanılacaq. Qar və buz hər hansı maneə yaratdığı təqdirdə operativ müdaxilə ilə hərəkətin müntəzəmliyi təmin ediləcək:
"Qar yağan kimi qurum dərhal 24 saatlıq gücləndirilmiş iş rejiminə keçəcək. Ən kritik yol Bakı dairəvi yolu hesab edilir. Bura açıqlıq sahə olduğuna görə ən çox yağıntı da bura düşür, külək də güclü olur. Bu səbəbdən bura xüsusi diqqətimizdədir.
Bundan başqa, xüsusilə Hava Limanı yolu, Heydər Əliyev, Babək, Nobel prospektləri və Bakıətrafı əsas yolların qardan-buzdan təmizlənməsi Agentlik, şəhəriçi yolların təmizlənməsi isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək.
Sinoptiklərin xəbərdarlığından sonra texnikalar müəyyən edilmiş ərazilərə çıxarılacaq”.
Xatırladaq ki, 2018-2019-cu ilin qış mövsümündə Bakı şəhərində 257 ədəd maşın-mexanizmlərin (21ədəd avtoqreyder, 34 ədəd avtoyükləyici, 131 ədəd yükünü özüboşaldan, 16 ədəd qum səpən, 6 ədəd qar yükləyən, 19 ədəd ekskavator, 22 ədəd yol süpürən, 14 ədəd su maşını) qış mövsümündə işləməsi üçün saz vəziyyətə gətirilib, yanacaq-sürtgü materialları ehtiyatı yaradılıb, sürüşməyə qarşı zəncirlər alınıb. Respublikanın avtomobil yollarına xidmət göstərilməsi üçün də 700 maşın-mexanizm hazır vəziyyətə gətirilib.
Ən çox oxunanlar
Son xəbərlər