Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakı metrosunda niyə zibil qabı yoxdur? - Açıqlama

Baxılıb: 769     Tarix: 07-12-2018 13:22   

Bakı küçələrində şəhərin təmizliyi üçün xeyli zibil qabı olsa da, metro stansiyalarında, platformada zibil qablarına rast gəlmək olmur. Belə olduğu təqdirdə diqqətli vətəndaş əlindəki zibili özü ilə apararaq küçədə qoyulmuş zibil qabına atır, diqqətsiz vətəndaş isə elə vaqona və ya platformaya tullayır. Bu da metronun zibillənməsinə səbəb olur.
Sözügedən məsələ - Bakı metrosunda zibil qabının olmaması sosial şəbəkə istifadəçiləri arasında müzakirə mövzusu olub.
Məsələ ilə bağlı Qanunvehedef.az-a açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metro stansiyalarında zibil qabları yerləşdirilə bilməz:
“Metropolitendə zibil qablarının yerləşdirilməsi təhlükəsizlik baxımından düzgün deyil. Çünki özü ilə tezalışan maddələri içəri keçirən adam onları zibil qabının içinə atıb gedə bilər. Buna təhlükəsizlik xidməti icazə vermir. Tək bizdə belə deyil. Ümumiyyətlə, Beynəlxalq İctimai Nəqliyyat Assosiasiyasının qərarı var ki, metronun vestibül və platformalarında zibil qabı qoymaq olmaz. Ona görə ki, terror hadisələrinin əksəriyyəti zibil qabları vasitəsilə törədilir. Terror törətmək istəyən biri partlayıcını zibil qabına ata bilər”.
Qeyd edək ki, “Bakı Metropolitenindən istifadə qaydaları”nın 5.1.18. bəndinə əsasən, stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, eskalatorları, yolları və vaqonların salonunu zibilləmək və çirkləndirmək qadağandır.шаблоны для dle 11.2