Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Heydər Əliyev müstəqil dövlətin əsasını möhkəm və əbədi dayaqlar üzərində qurdu, xalqımızı demokratik inkşaf yoluna istiqamətləndirdi.

Baxılıb: 413     Tarix: 09-12-2018 11:38   

 İnsanlar vardır ki, doğulurlar bir müddət yaşadıqdan sonra ölürlər, öldükdən sonra isə onlari heç kəs xatırlamır, yaddaşlardan əbədi olaraq silinirlər. İnsanlarda vardır ki, doğulurlar, böyüyürlər dövləti üçün, milləti üçün, vətəni üçün əlindən gələni əsirgəmirlər. Öldükdən sonra isə əbədi olaraq insanların yaddaşında qalırlar. Azərbaycan tarixində və taleyüklü məsələlərin həllində bu kimi müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət xadimləri çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışdılar. Belə tarixi şəxsiyyətlərdən biri də görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Azərbaycan xalqının “Ümummilli lideri” Heydər Əliyevdir. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət “milli lider” səviyyəsinə qədər yüksəlmişdir. Həm milli liderlik, həm də siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. . Yuxarıda sadaladığımız keyfiyətlərin daşıyıcısı olan Heydər Əliyev 10 may 1923 – cü ildə Naxçıvan şəhərində anadan olmuşdu. 


 

Bir vaxtlar dunyanin siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycana indi dünyanin inkşaf etmiş dövlətləri arasında şan –şöhrətli dövlət kimi baxırlar. Haqlı olaraq H.Əliyevi bu gün qurub yaradan siyasətşi kimi qəbul edirlər. Çünki o sözun əsl mənasında Müstəqil Azərbaycan dövlətinin qurucusudur və memarıdır. Azərbaycan dövləti H.Əliyevin şah əsəridir. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, nadir şəxsiyyətlərdən biridir. O təkcə güclü lider deyil, həm də sözlərinin çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadimdi. Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir şəxsiyətlərdəndır. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişatını öncə görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdi. Təsadüfi deyildir ki, onun atdığı addımlar, irəli sürdüyü problemlər, qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı, düzgünlüyü və obyektivliyi və hər cəhətdən ölçülüb biçildiyindən ətraflardakıları heyrətləndirmiş, siyasət aləminin “patriarxı” adını qazandırmışdır. Hətta dünyanın ən görkəmli siyasət və dövlət xadimləri Heydər Əliyevlə məsləhətləşdiklərini, ondan öyrəndiklərini dönə-dönə etiraf etmişlər. Siyasətçilər bu dahi insanı “liderlərin lideri” adlandırırdılar.

H.Əliyev müstəqil dövlətin əsasını möhkəm və əbədi dayaqlar üzərində qurdu, xalqimizi demokratik inkşaf yoluna istiqamətləndirdi. Ürəyinin odunu və işığını vuruşduğu və canından artıq sevdiyi vətəninə həsr etdi. 2003 – cü ildə növbəti Prezident seçkilərində H.Əliyevin səhətində problem olduqu üçün seçkilərdən imtina etdi və İlham Əliyev yüksək səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Indi Azərbaycan müstəqil bir dövlət kimi dünyada öz yerini tutub. Bizdə çalışmaliyiq ki H.Əliyevin bizə miras qoyduğu müstəqil Azərbaycan dövlətini qoruyub saxlayaq və onu gələcək nəsillərə ötürək. Yəqin ki, 2001 - ci il Dünya Azərbaycanlılarının I Qurultayında Heydər Əliyevin söylədiyi fraza kiçikdən tutmuş böyüyə qədər hər bir kəsin yaddaşındadır: “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam”. Mən də bu sözlərə qoşuluram, mən də fəxr edirəm ki, bu vətənin övladıyam və mənim Heydər Əliyev kimi prezidentim olub. İndi biz H.Əliyevin qurub yaratdığı və bu qurculuğu səylə davam etdirən İ.Əliyevin prezidenti olduğu müstəqil Azərbaycan Respubilikasında yaşadığımız üçün fəxr edirik.

Əvəzolunmaz şəxsiyyət allah sizə qəni-qəni rəhmət eləsin.
                                                                                                   
 Şəki şəhər İcra Hakimiyyəti Başçısının 
 Daşüz kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Ilqar Əliyev
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar