MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİN TƏMƏL PRİNSİPLƏRİ
Baxılıb: 465 Tarix: 09-12-2018 11:53
Hər bir xalq öz inkişafının müəyyən mərhələsində taleyüklü məsələləri həll etmək üçün böyük liderə və şəxsiyyətə ehtiyac duyur. Bu baxımdan, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı böyük əhəmiyyət daşıyırdı. Müstəqilliyin bəyan edilməsi hələ qarşıda duran mürəkkəb və çətin vəzifələrin həlli demək deyildi. Əsas məsələ siyasi, iqtisadi, mənəvi, psixoloji, hərbi və s. sahələr üzrə möhkəm zəminə əsaslanan dövlət qurmaq idi.
Ulu öndərin irəli sürdüyü əsas prinsiplər sırasında demokratiya da önəmli yerlərdən birini tutur. Demokratik dəyərlərə sədaqət Azərbaycan cəmiyyəti üçün əsas prinsiplərdən biridir. Ümummilli lider Heydər Əliyev Azərbaycanın demokratik dəyərlərə söykəndiyini və demokratiyaya daim sadiq olduğunu həmişə xüsusi olaraq vurğulayırdı. Heydər Əliyev həmişə qeyd edirdi ki, dövlətin inkişafı milli sərvətlərlə ölçülmür. Dövlət zəngin sərvətlərə malik ola bilər. Lakin dövlət əgər həmin sərvətlərə malik olub demokratik dəyərlərə söykənməsə, onun inkişafı müvəqqəti xarakter daşıyacaq. Dövlət o zaman inkişaf edə bilir ki, demokratik dəyərlərə söykənir. Bu barədə Prezident İlham Əliyev deyib: "Mən tam əminəm ki, əsl açıq demokratik cəmiyyəti ancaq maddi rifah əsasında qurmaq mümkündür. İqtisadi cəhətdən geridə qalmış ölkələrdə demokratik proseslər də geridə qalır. O ölkələr ki onlar iqtisadi cəhətdən güclüdürlər, orada sahibkarlıq inkişaf edibdir və azad sahibkarlıq böyük uğurlar qazanıbdır, - o ölkələrdə demokratiyanın inkişafı da çox yüksək zirvədədir. Ona görə iqtisadi islahatların davam etdirilməsi xalqın maddi rifahının yaxşılaşması, demokratik cəmiyyətin qurulması və formalaşması üçün başlıca şərtdir". Heydər Əliyevin müəyyən etdiyi milli ideya Azərbaycan dövlətçiliyinin əsaslarıdır. Bu milli ideya ətrafında Azərbaycan xalqı gələcəyə doğru gedir, inkişaf edir. Milli ideya Azərbaycan xalqı üçün daimidir və Azərbaycanın daxili və xarici siyasətini müəyyənləşdirmək, iqtisadi inkişafını təmin etmək baxımından olduqca vacibdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyata keçiridiyi siyasət uğurla davam edir. Dövlət quruculuğu prosesi daimi xarakter daşıyır. Cəmiyyət inkişaf edir, müasir dünyamızda gedən prosesə uyğun olaraq Azərbaycanın sosial-iqtisadi həyatında, qanunlarında, insanların həyat tərzində, idarəçilikdə müvafiq dəyişikliklər həyata keçirilir. Cəmiyyətimiz indiki dövrün çağırışlarına uyğun olaraq yeniləşir, müasirləşir və müstəqil Azərbaycanın mövqeləri getdikcə möhkəmlənir. Prezident İlham Əliyev Azərbaycanın qarşısında duran strateji vəzifələrdən danışarkən qeyd etmişdir ki, başlıca məqsədimiz sənayecə inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır. Prezident deyir: "Biz ölkəmizi müasirləşdirməliyik, bütün cəhətlərdən - həm siyasi islahatlar, həm də iqtisadi islahatlar baxımından inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmalıyıq. ...Bizim qarşımızda çox böyük perspektivlər var. Azərbaycan, sözün əsl mənasında, inkişaf etmiş ölkəyə çevirilməlidir". Ölkə rəhbərinin dediyi bu fikirlər real həyatda öz əksini tapır. Bu gün modern Azərbaycan quruculuğu ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik prinsipləri əsasında uğurla davam edir.
Əvəzolunmaz şəxsiyyət allah sizə qəni-qəni rəhmət eləsin.
Zabir İbrahimxəlilov
Şəki şəhər İcra Hakimiyyəti Başçısının
Çeşməli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi
Ən çox oxunanlar
Son xəbərlər