Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Unudulmaz şəxsiyyət

Baxılıb: 484     Tarix: 09-12-2018 14:16   

       


Tədbiri giriş sözü ilə açan Şəki rayonu 20 № tam orta məktəbin direktoru Səbuhi Qurbanov çıxışında Ümummilli LiderinAzərbaycanın ictimai siyasi həyatındakı rolunu və mövqeyini qeyd edib, onun müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin hələ sağlığında tarixin yaddaşında əbədiləşdiyini bildirib. “Ulu öndər Heydər Əliyev şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil edib”, - deyən Səbuhi Qurbanov  vurğulayıb ki, xalqımızın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyasının məhz Heydər Əliyev adı ilə bağlı olduğunu qeyd edib.
 

Keçmiş sovet dövrünün məhdud imkanlarından maksimum istifadə edərək Azərbaycanda milli şüurun dirçəldilməsi, milli ruhlu ziyalıların repressiya və təzyiqlərdən qorunması, mədəniyyətin, elmin, təhsilin inkişaf etdirilməsi, dövlət strukturlarındakı yüksək vəzifələrə milli kadrların yerləşdirilməsi, onlara mənəvi dəstəyin artırılması bu gün Azərbaycanda həyata keçirilən geniş quruculuq işləri üçün tarixi hazırlıq mərhələsi hesab olunur. Məktəb direktoru tədbir iştirakçılarına dünya şöhrətli siyasi xadim Heydər Əliyevin mənalı və şərəfli ömür yolundan, Azərbaycan xalqı və dövlət qarşısındakı böyük xidmətlərindən geniş məlumat verdi. Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində müstəsna xidmətlər göstərən Heydər Əliyevin dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün əzmlə səy göstərərək bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul etmişdir. Dünya azərbaycanlılarının ölkəmizin milli mənafeləri ətrafında bir araya gətirilməsi, azərbaycançılıq ideologiyasının milli birliyin ən aparıcı amilinə çevrilməsi Heydər Əliyevin Azərbaycanımıza verdiyi minlərlə töhfələrindən biridir.
Yenidən hakimiyyətə qayıdışı ilə yeni dövrün tələblərinə uyğun, yalnız hüququn aliliyinə əsaslanaraq idarəetmə sistemini formalaşdıran mudrik rəhbərimizin qısa müddət ərzində dahi uzaqgörənliklə yaratdığı mükəmməl idarəetmə sistemi Azərbaycanın bir dövlət olaraq iqtisadi və siyasi cəhətdən möhkəmlənməsinə, dünyanın ən qüdrətli dövlətlərinin strateji tərəfdaşına çevrilməsinə səbəb olmuşdur.
Səbuhi Qurbanov Ulu Öndərin Azərbaycanın sosial-iqtisadi inkişafı, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsində, eləcə də, hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən danışıb.
 Tədbir iştirakçıları ilə fikirlərini bölüşdürən digər çıxışçılar da Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü əvəzsiz xidmətlərindən danışaraq, onun əziz xatirəsinin xalqımızın qəlbində daima yaşayacağını bildiriblər. 

Əvəzolunmaz şəxsiyyət allah sizə qəni-qəni rəhmət eləsin.
                                                                                                   
Səbuhi Qurbanov
Şəki rayonu 20 № tam orta məktəbin direktoru шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar