Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

TARİX ŞƏXSİYYƏTLƏRİ DEYİL, ŞƏXSİYYƏTLƏR TARİXİ YARADIR!

Baxılıb: 1 477     Tarix: 12-12-2018 14:10   

 


"Sən elə bir zirvəsən, küləklər neyləyəcək,
Dünənim, bu günümsən, səninlədir gələcək.
Nə qədər Azərbaycan, nə qədər bu millət var,
Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək!"

    
Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayır və möhkəmlənir.

İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti
 
 XX əsr Azərbaycan tarixinin ən qüdrətli dövlət xadimi, dahi şəxsiyyəti olan ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsi tək bu əlamətdar günlərdə deyil, bütün zamanlarda xüsusi minnətdarlıq və ehtiramla anılır. Mənalı və şərəfli ömrünü Azərbaycan dövlətinə, xalqına təmənnasız xidmətə həsr etməklə əbədiyaşarlıq rəmzinə çevrilən ulu öndər haqlı olaraq DÜNYANIN ƏN BÖYÜK AZƏRBAYCANLISI olaraq qədirbilən xalqımızın güvənc yeri olacaqdır.
  
Heydər Əliyev siyasi tariximizə qurucu və xilaskar kimi daxil olmuş görkəmli dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan dahi bir şəxsiyyətdir. Xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci bir adam tapmaq çətindir. 
Onun dahiyanə siyasəti, böyük cəsarət və qətiyyətlə gördüyü bütün işlər həmişə xalqımıza mənəvi dayaq olmuş, respublikamıza beynəlxalq aləmdə böyük hörmət, nüfuz, şan-şöhrət gətirmiş, dünya xalqlarının məhəbbət və rəğbətini qazanmışdır. O, XX əsrin görkəmli liderlərindən biri kimi tutduğu bütün vəzifələrdə özünü beynəlxalq miqyaslı siyasətçi, zəkalı rəhbər kimi göstərmişdir.
   
Heydər Əliyev tarixə, zəngin təcrübəyə və səriştəyə, xüsusən reallıqlara, həyatın irəli sürdüyü tələblərə, inkişafın perspektivlərinə, tez-tez dəyişən həyatın dialektikasına əsaslanıb nəzəri və həyatla bağlı mürəkkəb siyasi situasiyada düzgün mövqeyi müəyyənləşdirməyi bacaran dövlət xadimi idi.
Böyük sınaqlardan çıxmış Heydər Əliyev siyasi kursunun nüvəsini, cövhərini milli dövlətçilik təlimi təşkil edir. Böyük dövlət xadimi Heydər Əliyevin uğrunda mübarizə apardığı, əməli fəaliyyəti ilə əsas konturlarını müəyyən etdiyi milli dövlətçilik təliminin əsasında Azərbaycançılıq məfkurəsi dayanır. Azərbaycançılıq - ümumtürk köklərinə bağlı olan milli məfkurədir. Heydər Əliyevə görə Azərbaycançılıq - müstəqil dövlətin daxilində ümumxalq həmrəyliyini təmin edən vahid Vətən idealının təcəssümüdür. Bütövlükdə, Azərbaycançılıq - müstəqil bir dövlətin qurulub möhkəmləndirilməsi və inkişaf etdirilməsi fəlsəfəsini əks etdirir. Bu mənada Azərbaycançılıq Heydər Əliyev siyasi kursunun tac damarıdır, ana xəttidir.

 Ulu öndərin müəyyən etdiyi inkişaf konsepsiyasını yüksək dinamizmlə həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin uğurları sayəsində bu gün Azərbaycanın davamlı tərəqqisi təmin olunmuş, ölkəmizin hərtərəfli inkişafına yönələn bir sıra qətiyyətli addımlar atılmışdır. Azərbaycan dünyanın iqtisadi müstəvisində istehlakçı ölkə statusunu istehsalçı ölkə statusuna dəyişmiş, sosialiqtisadi inkişaf tempinə görə dünyanın ən öncül dövlətlərindən birinə çevrilmişdir.           

Möhtərəm Prezidentimizin imzaladığı mühüm dövlət proqramlarının icrası nəticəsində Azərbaycanda bir sıra sosial-iqtisadi problemlər öz həllini tapmış, keçid dövrü uğurla başa çatdırılmışdır. Azərbaycanda özəl sektorun inkişafı, yeni-yeni istehsalemal müəssisələrinin yaradılması, regionların yüksəlişi, işsizlik, yoxsulluq probleminin həlli, insanların həyat səviyyəsinin yüksəlməsi, ölkənin iqtisadi inkişafından əldə edilən mənfəətin irimiqyaslı infrastruktur layihələrinin icrasına, vətəndaşların sosial müdafiəsinin təşkilinə, cəmiyyət həyatı üçün xüsusi əhəmiyyət kəsb edən ayrı-ayrı sahələrin inkişafına yönəlməsi günümüzün xoş mənzərələridir. 

Əvəzolunmaz şəxsiyyət allah sizə qəni-qəni rəhmət eləsin.

Mayıl Qurbanov
Oğuz şəhər bazarının rəhbəriшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar