Qəbələ məktəblərində Ümumilli liderin xatirəsi yad edildi
Baxılıb: 487 Tarix: 10-12-2018 16:00

Qəbələ şəhər Nic qəsəbə 3 №-li tam orta məktəbin akt zalında keçirilən tədbirdə məktəbin direktoru Elton Məmmədov bütün ömrünü xalqımızın tərəqqisinə və inkişafına həsr etmiş Ümummilli Liderimiz Heydər Əliyevin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev taleyin xalqımıza bəxş etdiyi dahi şəxsiyyətdir.
Azərbaycan tarixinin son 35 ili Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Xalqın tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamış, atəşkəsə nail olmuşdur. Onun əvəzsiz xidmətləri sayəsində ölkəmizdə daxili sabitlik bərpa edilmiş, iqtisadi inkişaf, quruculuq işlərinə başlanılmışdır. Mərhum liderin xidmətləri və qayğısı sayəsində xalq tarixinə, milli adət-ənənələrimizə sadiq nümunələrin meydana gəldiyini, yeni məktəblərin formalaşdığını, dünya azərbaycanlıları anlayışının yarandığını və eyniadlı qurultayın keçirildiyini, Azərbaycan dilinin qorunması və təkmilləşdirilməsinə başlanıldığını, milli dövlətçiliyimizə göstərilən qayğının bariz nümunəsi olaraq Azərbaycan ədiblərinə verilən qiymətin dəyişdiyini vurğulayıb.
Məhz Ümummilli Liderin məqsədyönlü siyasəti və gərgin əməyi nəticəsində müstəqillik yolunda kövrək addımlarını atan respublikamız iqtisadi böhrandan çıxmış, ölkəmizdə hüquqi dövlət və demokratik cəmiyyət qurulmuş, Azərbaycan dünya birliyində öz layiqli yerini tutmuşdur. Xalqın milli tarixinə və mənəvi dəyərlərinə hörmətlə yanaşan Dahi Öndər millətimizinparlaq gələcəyinin təməlini qoymuşdur. Tədbirdə bildirib ki, Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün dünyada tanınan və sevilən şəxsiyyət idi. Yaşadığımız dövr tarixə Heydər Əliyev erası kimi daxil olacaqdır. Gələcək nəsillər taleyin bizə bəxş etdiyi bu şərəfli dövrü daha mükəmməl öyrənəcək və təhlil edəcəkdir.
Məktəb direktoru və müəllimlər Ulu Öndərin şərəfli həyat yolundan və fəaliyyətindən, müstəqilliyimizin qorunmasında və onun daha da möhkəmləndirilməsində, milli dövlət quruculuğu prosesində tarixi xidmətlərindən danışıblar. Bildiriblər ki, Ümummilli Liderin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycan dünyada ən sürətlə inkişaf edən bir dövlətə çevrilmişdir.
Əvəzolunmaz şəxsiyyət allah sizə qəni-qəni rəhmət eləsin.
Elton Məmmədov
Qəbələ şəhər Nic qəsəbə 3 №-li tam orta məktəbin direktoru
Ən çox oxunanlar
Son xəbərlər