Heydər Əliyev qəlbinin bütün hərarətini Azərbaycana həsr etmişdi
Baxılıb: 451 Tarix: 10-12-2018 16:47
Heydər Əliyev müstəqil dövlətimizin banisi, ölkədə demokratik dəyişikliklərin əsas təşəbbüsçüsü olmaqla uğurlu inkişafın Azərbaycan modelinin əsasını qoymuş, hakimiyyətdə olduğu illərdə sərrast hakimiyyət vertikalını qurmuş, dövlətçiliyi möhkəmlətmiş, sosialyönümlü bazar iqtisadiyyatının istiqamətlərini ifadə etmişdir.
Onun təbiətən ünsiyyət üçün açıq, səmimi insan olması demokratik proseslərin inkişafı və vətəndaş cəmiyyəti təsisatları ilə dialoqun fəallaşması üçün şərait yaradırdı. "Liderlik təkcə şəraiti təhlil etmək və qərarlar qəbul etməklə bitmir, bu, həm də və ilk növbədə liderin təklif etdiyi tədbirlərin həyata keçirilməsində mühüm rol oynamalı olan insanların zəkasına və enerjisinə təsir göstərmək deməkdir" Biz, Azərbaycan vətəndaşları
Heydər Əliyevin rəhbərliyi ilə hərtərəfli ölçülüb-biçilmiş genişmiqyaslı iqtisadi və siyasi dəyişikliklər planının işlənib hazırlanmasının və həyata keçirilməsinin şahidi olmuşuq. Heydər Əliyevin zəngin idarəçilik təcrübəsi, onun istər ölkə daxilində, istərsə də xaricdə son dərəcə yüksək nüfuz sahibi olması qazanılmış nəticələrin təsbit edilməsinə və ölkə qarşısında duran uzunmüddətli strateji məsələlərin həllinə şərait yaratmışdır.
Heydər Əliyev qəlbinin bütün hərarətini Azərbaycana həsr etmişdi. O, Azərbaycanı sadəcə Vətən deyil, doğma ev hesab edirdi, onun hər bir sakininə ata kimi diqqət və qayğı göstərirdi. Bu gün bütün dünyada Azərbaycanla ilk növbədə ona görə maraqlanırlar ki, Azərbaycan postsovet məkanında siyasi və iqtisadi novasiyaları ən fəal şəkildə tətbiq edən bir ölkə hesab edilir və bu da ilk növbədə Heydər Əliyevin - Şərq müdrikliyini və Qərb dinamizmini özündə təcəssüm etdirən, Azərbaycanı dünyaya tanıdan, sülhə, sabitliyə və təhlükəsizliyə sadiqliyi ilə tanınan dahi bir insanın xidmətidi.
Əvəzolunmaz şəxsiyyət allah sizə qəni-qəni rəhmət eləsin.
Rahilə Sədirova
Qəbələ şəhər Bum qəsəbə uşaq bağçasının müdiri
Ən çox oxunanlar
Son xəbərlər