Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Xalqın əbədi sevgisini qazanmış lider

Baxılıb: 1 049     Tarix: 12-12-2018 13:58   


 Heydər Əliyev hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub. Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub.

Ulu öndər müstəqil Azərbay­ca­nın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dün­ya­nın aparıcı dövlətlərinin etibarlı tə­rəfdaşına çevrilməsində, sözün hə­qiqi mənasında, böyük işlər görüb. Onun həm keçmiş sovet dö­nə­mində, həm də müstəqil Azər­baycanda həyata keçirdiyi layihələri, reallaşdırdığı bütün işləri sadalamaqla qurtaran deyil. Heydər Əli­yev millətini bütün bəlalardan hifz edərək qoruyub, respublikada ictimai-siyasi sabitliyi təmin edib, və­tən­daş qarşıdurmasını aradan qaldırıb, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin edib.
Bu böyük siyasət ustasının hakimiyyətə qayıdışı xalqımız üçün çox ağır bir dövrə təsadüf etmişdir. Lakin polad iradəli şəxsiyyət böyük sərkərdə dühası ilə gənc müstəqil Azərbaycanı xoas və anarxiyadan, və­təndaş müharibəsi təhlükəsindən ustalıqla çıxararaq tərəqqiyə, yüksəlişə, da­vam­lı sabitliyə, hüquqi, demokratik dövlətə doğru apara bilmişdir. Heydər Əliyev bütün həyatı boyu daim ümumxalq mənafeyindən çıxış etmiş, hakimiyyətdə olduğu hər iki mərhələdə eyni əzmlə çalışmış, qarşıya qoyduğu hədəflərə yetişmək üçün bütün gücünü və siyasi nüfuzunu səfərbər et­miş­dir. 1993-cü ilin iyunundan eti­barən ölkədə ictimai-siyasi sa­bitliyi təmin edən böyük strateq özünün zəngin iqtisadi bilik və təc­rübəsi əsasında həm də Azər­baycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə möv­cud problemlərin həlli yollarını göstərmişdir. Məhz onun inkişaf strategiyası nəticəsində Azərbaycan dün­yanın siyasi xəritəsində geo­stra­teji mövqeyini möhkəmləndirə bilmiş, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur.
Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindəndir. Ümummilli lider fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azər­baycan torpağının, Azərbaycan dövlətinin, Azər­baycan xalqının bütöv­lüyü uğrunda fədakarlıqla çalışıb, müs­təqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, de­mokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görüb. Bugünkü güclü, qüd­rətli Azərbaycanı o, öz əlləri ilə qu­rub-yaradıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb. Ulu öndər ölkəmizin siyasi, sosial-iqtisadi inkişaf kon­­sepsiyalarını işləyib hazırlayıb və reallaşdırılmasını tə­min edib. Ona görə də, xalqımız Heydər Əli­yev kimi ümummilli li­deri ilə fəxr edir, qürur duyur, əməl­ləri ilə onun ideyalarını həyata keçirməyə çalışır.   


Əvəzolunmaz şəxsiyyət allah sizə qəni-qəni rəhmət eləsin.

  

Aydın Abdullayev

  Azərbaycan Respublikası
 "Azəravtoyol" ASC-nin 11 №-li Qəbələ Yol İstismar İdarəsinin baş müsahibi      
 шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar