Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Zakir Həsənov Qasım Rzayi ilə görüşdü - Foto

Baxılıb: 1 409     Tarix: 11-12-2018 16:17   

Dekabrın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Sərhəd Qoşunları komandanı general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
MN-dən Qanunvehedef.az-a verilən məlumata görə, general-polkovnik Z.Həsənov regiondakı hərbi-siyasi vəziyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgədəki sabitliyə ciddi təhdid təşkil etdiyini qonaqların diqqətinə çatdırıb.
Dövlətlərimiz arasındakı dini, tarixi, mədəni əlaqələrin mehriban dostluq ənənələrinə əsaslandığını, ölkələrimiz arasında bir çox istiqamətlərdəki kimi hərbi sahədə də əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayan general-mayor Q.Rzayi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini bəyan edib.
Görüşdə Azərbaycan və İran orduları arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar