Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakının əsas prospektlərindən biri istifadəyə verildi

Baxılıb: 646     Tarix: 14-12-2018 14:25   

Mühüm əhəmiyyətə malik və uzunluğu 9 km olan Babək prospektində aparılan yenidənqurma işləri tam yekunlaşıb.
Bu barədə Qanunvehedef.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat verib.
N.Nəcəfli bildirib ki, yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Prospekt boyunca 4 km-ə yeni yaxın kanalizasiya kollektoru, 1000 və 800 mm diametrli polad borularla 7 km uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 km uzunluğunda paylayıcı kəmərlər olmaqla, ümumilikdə 30 km-ə yaxın su xətti çəkilib.
Layihəyə uyğun olaraq prospekt boyu vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün köhnə piyada səkiləri bərpa olunub və 15 200 kv.m sahədə yeniləri tikilib, mövcud yol ayrıcı da sökülərək yenidən qurulub
Prospekt boyu 323 609 kv.m sahəyə 3 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.шаблоны для dle 11.2