Xəbər lenti
Arxiv
«    Февраль 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
232425262728 

“Exo” qəzetinin baş redaktoru Rauf Talışinski vəfat edib

Baxılıb: 606     Tarix: 08-05-2018 10:53   
Exo” qəzetinin baş redaktoru Rauf Talışinski vəfat edib. Bu barədə məlumatı APA yayıb.
 
Rauf Talışinski 16 Noyabr 1956-cı ildə Azərbaycanın tanınmış ziyalı və zadəgən ailələrindən birində anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
 
"Molodyoj Azerbaydjana", "Vışka" və "İzvestiya" kimi qəzetlərdə çalışıb. 1990-cı ildən "Ayna"/ "Zerkalo" qəzetinin rəhbərlərindən biri olaraq müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük rol oynayıb.
 
Rauf Talışinski 27 Yanvar 2001-ci ildən "Exo" qəzetinin baş redaktoru olub. Rauf Talışinski jurnalistikanın inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.
 
Allah rəhmət eləsin.




{sape_links}{sape_article}