Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

“Şərq bazarı” bu cür olacaq: möhtəşəm – Fotolar

Baxılıb: 1 143     Tarix: 17-12-2018 17:12   

Uzun müddətdir söküləcəyi xəbəri ilə yayılan “Şərq bazarı”nın layihəsinin taleyi məlum olub.
Qanunvehedef.az xəbər verir ki, bazarın layihəsini “Reflect Architects” şirkəti “PMD Projects”in sifarişi ilə təşkil olunan beynəlxalq memarlıq müsabiqəsinin qalibi seçilərək hazırlayıb.
1982-ci ildə memarlar P.İ.Yarinovski və U.V.Revazovun layihələri əsasında inşa edilən “Şərq bazarı” 2001-ci ildə Nazirlər Kabinetinin qərarı əsasında respublikanın tarixi memarlıq abidələri siyahısına daxil edilib. Eyni zamanda Azərbaycan tarixində şərqin ən böyük memarlıq mükafatı olan “Ağa Xan” memarlıq mükafatına namizəd olan ilk layihədir.
Bazar kimi fəaliyyət göstərməsi nəzərdə tutulan bina zamanla istifadəçilər tərəfindən dəyişdirilib və nəticədə layihə orijinal memarlıq üslubundan uzaqlaşıb. Layihənin bərpası zamanı öncə “Şərq bazarı”nın adını və tarixi əhəmiyyətini cəmiyyətə qaytarmaq və ərazidəki mövqeyini gücləndirmək nəzərdə tutulub.
Bazarın orijinal təyinatı ilə yanaşı, müasir tələblərə uyğun yeni iaşə məkanlarının yerli və əcnəbi turistlərin daimi görüş yerinə çevrilməsi düşünülür. Bazarın nəzdində ədviyyat, quru meyvələr, təbii təbabət və kənd təsərrüfatı məhsulları, suvenir mağazaları, yarmarkalar, kiçik və böyük həcmlərdə dulusçuluq, papaqçılıq, xalçaçılıq kimi emalatxanalar, şərq üslübunda hamam, milli restoran, kafelər və s. obyektlər planlaşdırılır.
“Şərq bazarı”nın interyer konsepsiyasına nümunə olaraq, İçərişəhərin rəngarəng və dinamik ab-havasının - tarixi məkanların, yarmarkaların, kafelərin və s. bazarın daxili və xarici həcmlərinə inteqrasiyası nəzərdə tutulur.







{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar