Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycanda bu nazirlər vəzifəsi ilə vidalaşdı

Baxılıb: 855     Tarix: 18-12-2018 13:22   

Geridə qoymaqda olduğumuz bu il əhəmiyyətli və səs-küylü hadisələrlə yadda qaldı.
Qanunvehedef.az 2018-ci ildə Azərbaycanda baş verən ən mühüm ictimai-siyasi, iqtisadi və kriminal proseslərin xrologiyasını hazırlayıb.
İlin ən əhəmiyyətli hadisəsi prezident seçkiləri idi. Oktyabrın 9-dan aprelin 11-nə keçirilən seçkilərdə YAP-ın namizədi İlham Əliyev qalib gələrək, 2016-ci ildə keçirilən referendumdan sonra Konstitusiyaya edilmiş əlavə və düzəlişlərə əsasən Azərbaycanın ilk 7 illik prezidenti seçildi.
Seçkidən sonra Nazirlər Kabinetinin tərkibinin yenidən formaladırılması ciddi kadr dəyişiklikləri ilə müşayiət olundu. Baş nazir Artur Rasizadənin yerinə Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi olmuş Novruz Məmmədov, Kənd Təsərrüfatı naziri Heydər Əsədovun yerinə ASAN Xidmət rəhbəri İnam Kərimov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovu Sahil Babayev, Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun yerinə deputat Muxtar Babayev, Dövlət Miqrasiya Xidməti rəisi Firudin Nəbiyevin əvəzinə millət vəkili Vüsal Hüseynov, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi sədri Əli Həsənovun yerinə deputat Rövşən Rzayev təyin olundu.
Həmçinin, Baş nazirin müavinlərindən Abid Şərifovla Elçin Əfəndiyev vəzifələri ilə vidalaşdı. Bakı meri Hacıbala Abutalıbov isə Baş nazir müavini təyin edildi. Bir neçə ay sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısı postuna Səbayel rayon icra başçısı Eldar Əzizov gətirildi.
Disporla İş üzrə Dövlət Komitəsində uzun illər çalışan nazim İbrahimov da vəzifədən azad edildi və onu deputat Fuad Muradov əvəzlədi.
Bu ilin əlamətdar hadisələrindən biri isə Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması idi.
27-29 aprel tarixlərində isə ölkəmiz dünyanın diqqətini Formula 1 Azərbaycan Qran Prisi ilə cəlb etdi.
Azərbaycan qazının Türkiyə ərazisinə nəqlini həyata keçirəcək TANAP layihəsinin işə düşməsi isə 2018-ci ilin ən gözəl iqtisadi hadisəsi idi.
İlin ən dəhşətli faciəsi martın 2-də Respublika Narkoloji Dispanserdəki yanğın idi. Yanğın zamanı 25 nəfər dünyasını dəyişdi.
İlin ən səs-küylü olaylarından biri iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasının bloklarının birində baş verən qəza ilə bağlı paytaxtda və rayonlarda elektrik enerjisi kəsilməsi oldu. Respublikada iki gün işıq problemi yaşandı.
Prezident keçirdiyi müşavirədə Azərenerji ASC prezidenti Etibar Pirverdiyevi sərt şəkildə tənqid edərək, qurum rəhbərini məsuliyyətsizlikdə günahlandırdı. Qısa müddət sonra Pirverdiyev vəzifəsindən azad edildi. Onun yerinə Azərişıq ASC sədri Baba Rzayev təyin olundu.
İlin ən qanlı hadisəsi isə iyulun 3-də Gəncədə icra başçısı Elmar Vəliyevin güllələnməsi oldu. Ona sui-qəsd edən Yunis Səfərov həbs edildi.
Onun həbsindən sonra iyulu 10-da bir qrup radikal tərəfindən Gəncənin mərkəzinə təyin edilmiş aksiyada iki polis polkovniki xəncərlə qətlə yetirildi.
Baş Prokurorluğun məlumatına görə, həmin hadisələrlə bağlı 60 nəfər həbs edilib, Dövlət Təhlükəsizliyi Xidməti isə 5 nəfərin zərərsizləşdirildiyini bildirib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar