Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Türkiyədə mənzillər daha indiki qədər ucuz olmayacaq” - Video

Baxılıb: 1 361     Tarix: 18-12-2018 13:50   

Qanunvehedef.az türkiyəli iş adamı, Atmaca Şirkətlər Qrupunun rəhbəri Adəm Atmacanın Teleqraf.com-a müsahibəsini təqdim edir:
- Adəm bəy, şirkətiniz əsasən hansı istiqamətlərdə fəaliyyət göstərir?
- Biz əsasən, İstanbulda ticarət fəaliyyəti göstəririk, daha çox Atmaca Qrup kimi tanınırıq. Biz üç ayrı-ayrı sektorda ciddi işləyirik. İlk olaraq elektron istehsal sahəsində çalışırıq. Türkiyədə 40 ilə yaxındır ki, “Sunny” markası adı altında elektrik malları, əsasən də “Sunny” televizorları istehsal edirik. Bu fabrikimizdə 950 nəfərdən çox əməkdaş çalışır. Türkiyə bazarında ciddi iştirakımız var və 70-dən çox ölkəyə mal ixrac edirik. 2018-ci ildə bir milyon ədəd “Sunny” televizorları istehsal etməyi planlamışıq. Televizorlardan başqa, tozsoran, su qızdırıcıları, soyuducular da istehsal edirik. Həmçinin “Samsung” və “Philips” model televizorlar da istehsal edirik. Türkiyədə satılan “Samsunq” və “Philips” model televiziyaların 50 faizi bizim tərəfimizdən istehsal olunur. Elektrik sahəsində ciddi ixtisaslaşmışıq.
Eyni zamanda “Jumbo” markası altında mətbəx ləvizamatları, qab-qacaq istehsal edirik. Jumbo əslində Türkiyənin ən köklü markalarından biridir. 1947-ci ildən bu yana Türkiyədə fəaliyyət göstərən ən keyfiyyətli marka hesab olunur. Bizim özümüzə aid 50-yə qədər mağazamız var və istehsal etdiyimiz məhsullar burada satılır.
Üçüncü fəaliyyət istiqamətimiz isə əsasən, inşaat sektorudur. Biz bina və ticarət mərkəzləri inşa edir, eyni zamanda onun satışını həyata keçiririk. İnşaat sektorunda 15 illik təcrübəmiz var. Əsasən villalar, binalar, ofis binaları tikirik. Bu günə qədər 2 minə qədər bina tikmişik. Azərbaycanda olmağımızın səbəbi də əslində inşaat sektorundakı fəaliyyətimizi və tikdiyimiz binaları müştərilərə təqdim etməkdir.
- Elektrik sahəsində uzun illərdir fəaliyyətiniz var. Hazırda bu istiqamətdə Türkiyə bazarında iştirakınız hansı səviyyədədir?
- Türkiyədə satılan elektron məhsullarının 13 faizi bizim məhsullardır. Məhsulların hamısını özümüz istehsal edirik. Koreya, Tayvan, Çin və digər ölkələrdən yalnız xammal tədarükünü həyata keçiririk. Özümüz xaricdən hər hansı bir məhsul almırıq. Ortaya çıxardığımız məhsulu özümüz planlaşdırır və istehsal edirik.
Əlavə edim ki, biz “ağıllı telefonlar” da istehsal edirik. Məsələn, Türksell-in T60, T50 marka telefonlarını biz istehsal etmişik. Telefon istehsalı istiqamətində problemimiz yoxdur, ancaq biz əsasən, televiziya sahəsinə üstünlük veririk. Telefon satışı sahəsində mütəxəssis olmadığımız üçün bir qədər məsafəli dayanırıq. Biz Türkiyədə il ərzində satılan televiziyaların 25 faizini istehsal edirik. Başqa sözlə, Türkiyədə satılan hər 4 televizordan biri bizim istehsalımızdır. Bizim istehsal etdiyimiz Samsunq və Philips markalı televiziyalar Azərbaycan bazarında da satılır.
-Texnologiya sahəsində öndə gedən şirkətlərin çoxu tibbi avadanlıq sahəsinə də maraq göstərirlər. Sizin, bu istiqamətdə fəaliyyətiniz varmı?
- Bəli, tibbi avadanlıq və sağlıq məhsullarının istehsalı ilə bağlı fəaliyyətimiz var. Laboratoriyada istifadə edilən təhlil cihazları, habelə qapalı əməliyyatlar zamanı istifadə edilən video göstəricilər sahəsində məhsullar istehsal edirik. Hazırda bu istiqamətdə də işləyirik, lakim məhsul kimi bazara hələlik çıxarılmayıb.
- İnşaat sektoru Azərbaycan bazarı üçün hər zaman maraqlıdır. Bu sahədəki fəaliyyətinizlə bağlı daha geniş məlumat verə bilərsinizmi?
-Bizim inşaat sektorunda əsas fəaliyyətimiz İstanbulun Bahçeşehir bölgəsini əhatə edir. Bu bölgədə 2 milyona yaxın insan yaşaması, gözəl atmosferin olması bizim üçün cəlbedicidir. Bu ərazi İstanbulun ən qiymətli hissəsidir. Maliyyə baxımından vəziyyəti normal olan insanlar məhz bu bölgəyə üstünlük verirlər. İstanbulda ən yaxşı məktəblər, bağçalar da burada yerləşir. Həmçinin İstanbulun ən böyük parklarından biri, 600 min kvadratmetrdən böyük park Bahçeşehirdədir. Bizim inşaat projemiz bu parkın yaxınlığında yerləşir. Bu ilin sonunda ərazi İstanbulun ən qiymətli Mərmərə tramvay xətti ilə birləşəcək. Bu faktiki olaraq Bahçeşehir ərazisində yaşayan insanlara imkan verəcək ki, 20 dəqiqə ərzində İstanbulun mərkəzinə çata bilsin. Başqa sözlə, bizim inşa etdiyimiz kompleksin qarşısında tramvaya minərək qısa müddətə mərkəzə çata bilirsiniz. Bu İstanbulda çox vacib məsələdir. Istanbul böyük şəhərdir və daima tıxacla qarşılaşa bilərsiniz. Ancaq tramvay xəttinin olması sizin istənilən əraziyə planladığınız saatda çatmağınızı qarantiya alır. Eyni zamanda inşa etdiyimiz binaların yaxınlığında böyük park, restoranlar, alış-veriş mərkəzləri, gəzmək üçün yol, velosiped xətti və digər üstünlükləri var. Təsəvvür edin ki, açıq havada eyni anda 400 uşağın istirahət edə biləcəyi park qururuq.
Digər tərəfdən, Bahçeşehir bölgəsi əslində şəhər cazibəsinə yaxın, amma eyni zamanda şəhər tünlüyündən uzaqdır. Əgər siz istəyirsinizsə, 20-25 dəqiqəyə mərkəzə çata bilərsiniz. Yox, əgər şəhərin səs-küyündən, gərginliyindən uzaq olmaq, nisbətən təmiz havalı yer istəyirsinizsə, bu, Bahçeşehir ola bilər. Çünki yerləşdiyi iqlimə görə, Bahçeşehirdə sürətli hava axını var və daima təmiz hava ala bilərsiniz. Digər tərəfdən, həftəsonu çöxlü sayda valideynin uşaqlarını gətirib vaxt keçirdiyi ən gözəl parkın yaxınlığında siz həyatını yaşayırsınız. Ancaq insanlar bura gəlmək üçün avtomobilinə minir, 15-20 dəqiqə yol gəlir, parkda zaman keçirir, sonra avtomobilinə minib evinə gedir. Sizsə, evinizdən aşağı düşən kimi parka daxil olub istirahət edə bilirsiniz. Belə üstünlüklərinin olması səbəbindən bizim inşaat layihəmiz çox cəlbedicidir. Hesab edirəm ki, məhz bu imkanlara sahib ərazidə ev almaq sizin üçün da maraqlı və sərfəli ola bilər.
-Sizin tikdiyiniz binaların alıcıları əsasən kimlər, hansı təbəqənin nümayəndələridir?
- Biz inşaat sektoruna daxil olarkən düşündük ki, digər inşaat şirkətlərindən fərqlənək. Bizim tikdiyimiz binalarda mənzillər əsasən, bir salon daxil olmaqla 5 otaqdan ibarət olur. Düşünürük ki, iki uşaq otağı, öz otağımız və qonaq üçün bir otaq hazırlayacağıqsa, deməli 4 otaq elə də çox deyil. Əgər maliyyə vəziyyəti imkan verirsə, bu sadəcə bir ehtiyacdır. Həm də bizim tikdiyimiz mənzillərin mətbəxi çox genişdir, 30 kvadrat metrlik mətbəx tikirik. Çünki biz türk xalqları mədəniyyət olaraq mətbəxdə zaman keçirməyi çox sevirik. Yəni televiziyaya da mətbəxdə baxırıq, söhbətimizi də orada edirik. Bu səbəbdən düşündük ki, tikdiyimiz binalarda mətbəx geniş olsun, insanları 10-15 kvadratlıq mətbəxə salmayaq. Biz bütün layihələrimizdə bu məqama diqqət edərək böyük evlər inşa etdik. Həm də düşündük ki, bir mənzildə bir otaq çoxdursa onun qiymətinin baha etməyə ehtiyac yoxdur. Yəni 3+1 otaqlı mənzilin qiymətinə 4+1 otaqlı mənzil satmaqla heç nə olmaz. Əsas odur ki, insanlar rahat yaşasın, razı qalsın və bu da bizim üstünlüyümüz olsun. Bu layihələrimiz də çox uğurlu oldu. Təsəvvür edin ki, biz bir layihəmizdə 600 mənzil tikdik və mənzillərin hamısı 4+1 otaqdan ibarət oldu. Hazırda insanlar tikdiyimiz bu binalarda yaşayırlar və mənzillərin hamısını satılıb. Həm də hesab etdik ki, mənzillər çox bahalı deyil, satılması mümkün olan qiymətə olmalıdır. Həqiqətən də, biz tikinti zamanı ən keyfiyyətli məhsullardan istifadə edirik. Xüsusilə, Bahçeşehir layihəsində İstanbulda istifadə edilən keyfiyyətli materiallar və əşyalardan ibarət ən bahalı mənzillər tikirik. Ancaq bizim qiymətimiz o qədər də baha deyil. Məsələn, bizim 3 otaqlı mənzillərimiz 100-130 min dollar arasında təklif edilir. 4+1 otaqlı mənzillər isə 300-400 min dollar civarında satılır. Qeyd edim ki, bu mənzillər rahat yaşamaq üçün tələb olunan avadanlıqlarla təmin edilib. Həmçinin kompleksin təmizliyi, təhlükəsizliyi təmin edilir. Mənzillər ən üst standartlara cavab verir.
- Maraqlıdır, sizin inşa etdiyiniz kompleksdə mənzilləri daxili kreditlə almaq mümkündürmü ?
- Bəli, bizim şərtlərimizə görə, mənzilin ümumi qiymətinin 25 faizi ödənməli, yerdə qalan 75 faizi isə 24 ay müddətinə faizsiz ödənilə bilər. Bunu bankın iştirakı olmadan həyata keçiririk. Normalda mənzilin alıcıya təslim olunması 13 ay müddətində həyata keçirilir, amma siz mənzilinizi aldıqdan sonra 11 ay müddətində ödəniş həyata keçirə bilirsiniz. Qeyd edim ki, bu günə qədər bizim həyata keçirdiyimiz bütün proyektlər öz sərmayəmiz hesabına olub. Yəni biz bank krediti götürmürük. Ərazini satın alırıq, layihəmizi qururuq, daha sonra inşaat işlərini başa çatdırıb onun satışını həyata keçiririk. Biz evi daxili kreditlə müştəriyə veririk, mənzilin ödənişi tam başa çatdıqdan sonra isə onun çıxarışı sahibinə təqdim olunur. İstanbulun ən gözəl layihələrindən olan Bahçeşehir layihəmiz 2020-ci ilin mart ayında tam hazır olacaq.
- İndi bir çoxları əmlak almağa həm də bir yatırım vasitəsi kimi baxır. Sizin tikdiyiniz binalar yatırım kimi hansı cəlbedici xüsusiyyətlərə malikdir?
-Biz mənzilləri əsasən yaşamaq üçün tikirik. İnsanın “mən burada yaşamaq istəyirəm” düşündüyü layihə yatırım ola bilər. Həm də bu binalarda mənzillər eyni olduğu üçün orada yaşayanlar eyni təbəqənin nümayəndələri olur. Uşaqların bir-birilə dost olmasında, sizin qonşunuzla əlaqələrinizdə sıxıntı yaşanmır. Ancaq layihə qarışıq olanda binada yaşayanların tərkibi də fərqli olur. Yatırım kimi düşünürsünüszsə, 4+1 otaqlı mənzili rahatca 5 min türk lirəsinə kirayə vermək mümkündür.
Bizim yatırım məqsədli mağazalarımız var. Bahçeşehir layihəsinin yanında 116 ədəd mağazadan ibarət kompleksimiz var. Hazırda bu mağazaların icarə gəlirləri çox yüksəkdir. Bu yatırım biznes məqsədli layihədir. Bu mağazaları alıb özünüz işə sala və ya rahatca kirayə verə bilərsiniz. Dükanları satın alanlar hazırda bu mağazaları Türkiyənin öndə gələn şirkət və banklarına kirayə veriblər.
İndi Türkiyədə mənzil satışı baxımından müştərilər üçün ən gözəl fürsətdir. Yəni indiki mərhələ yatırımçılar və mənzil almaq istəyənlər üçün şansdır. Çünki heç vaxt bu qiymətə mənzillər olmayacaq. Hazırda 300 min dollar qiymətinə olan mənzil bir il əvvəl 700 min dollar idi. İki il sonra bu mənzillərin qiyməti yenidən 600-700 min dollar olacaq. Çünki yeni belə mənzillər tikdikdə onu 300 minə satmayacağıq. Əgər 700 min dollara sata bilsək yeni binalar tikəcəyik. Bunu ona görə, 300 min dollara satırıq ki, artıq onu tikmişik. Hesab edirəm ki, azərbaycanlı müştərilər üçün də bu üstünlükdür.
Layihə barədə daha ətraflı bu əlaqə vasitələrindən öyrənmək mümkündü:
Atama Gayrimenkul A.Ş
Doğa Park Küçəsi, No:25 Bahçeşehir, Başakşehir, İstanbul
Telefon 0212412 12 22
Mobil +90 533 637 69 45
www.atmacagayrimenkul.com.tr
[email protected]


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar