Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycanlı ekstrasensin doğru və yalan çıxan - Proqnozları

Baxılıb: 475     Tarix: 19-12-2018 14:29   

Ekstrasenslər arasında artıq ənənə halını almış maraqlı bir proses var. Belə ki, hər ilin sonuna yaxın ekstrasenslərimiz növbəti il üçün gözlənilən hadisələrdən danışaraq, öz bacarıqlarını sübuta yetirmək istəyirlər. Belə ekstrasenslərdən biri də Nadim Alixanovdur.
Qanunvehedef.az 2017-ci il üçün verdiyi proqnozların əksəriyyətinin doğru olmaması ilə gündəmə gələn gənc ekstrasensin 2018-ci il proqnozlarını araşdırıb.
Nadim Alixanovun 2018-ci il üçün dediyi Ukraynanın qarışması və dövlətdə böyük dəyişikliklərin gözlənilməsi fikri özünü doğrultmadı. Yeganə Kerç böhranı baş verdi ki, bu da ölkənin qarışması və dövlətdə böyük dəyişikliklər kimi təqdim edilə bilməz.
Ekstrasensin Azərbaycanda 2018-in bəzi məmurlar üçün yaxşı olmayacağı, dəyişiklik gözlənilməsi kimi fikirləri isə öz təsdiqini tapdı. Azərbaycanda apreldə keçirilən prezident seçkilərindən sonra yeni kabinet formalaşdı ki, burada keçmiş nazirlərdən bir çoxu təmsil olunmadı.
Eyni zamanda, Azərenerji ASC-nin prezidenti Etibar Pirverdiyev “Lifttəmir” İstehsalat Birliyinin qalmaqallı direktoru Qüdrət Şükürov də daxil olmaqla, bir çoxları vəzifədən azad edildi.
Ekstrasensin Azərbaycan üçün öz təsdiqini tapan proqnozlarından biri də REAL-ın sədri İlqar Məmmədovun azadlığa çıxması ilə bağlı söylədiyi fikirlərdir.
N.Axundovun Türkiyədə terror hadisələri, Gürcüstanda dəyişiklik və İranda sabitlik olmayacağı ilə bağlı fikirləri də qismən təsdiqini tapdı. Belə ki, Türkiyədə kiçik miqyaslı da olsa, teraktlar oldu, İranda isə ağır iqtisadi duruma, qiymətlərin qeyri-sabitliyinə, əhalinin məişətinin gündən-günə ağırlaşmasına qarşı müxtəlif vaxtlarda kütləvi aksiyalar keçirildi. Gürcüstanda isə müxalifətin ciddi müqavimətinə baxmayaraq, hakimiyyətin dəstəklədiyi Salome Zurabişvili prezident seçildi və heç bir dəyişiklik baş vermədi.
Ermənistanla bağlı verdiyi iki proqnozdan - terror olması və ölkənin qarışması ilə bağlı fikirlərindən də yalnız biri doğru çıxdı. Bu il Ermənistanda terror olmadı, ancaq aksiyalar geniş vüsət aldı və hakimiyyət dəyişikliyi baş verdi. Serj Sərkisyanın ölkədə keçirilən mitinqlərə görə vəzifədən getməsi, Nikol Paşinyanın baş nazir vəzifəsini gəlməsi və bundan sonra baş verənlər Nadim Alixanovun fikirlərini təsdiqlədi.
Qonşu ölkələrin birində təyyarə qəzası, Rusiyada bu il futbol üzrə keçirilən DÇ-də göy geyimli komandanın qalib gəlməsi, dünya liderlərindən birinə sui-qəsd planlaşdırılması ilə bağlı proqnozlar tamamilə doğruldu. Belə ki, bu ilin fevralında Rusiyada təyyarə qəzası baş verdi və 71 nəfər həyatını itirdi, Futbol üzrə Dünya Çempionatında göy formalı Fransa komandası qalib oldu, avqustun 4-də isə Venesuela Prezidenti Nikolas Maduroya sui-qəsd təşkil edildi.
Nadim Alixanovun 2018-ci il üçün doğrulmayan proqnozları sırasına isə aprelə qədər Qarabağ müharibəsinin olması, Əli İnsanovun azadlığa çıxması, dolların məzənnəsinin 2.5 manata çatması ilə bağlı fikirləri aiddir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar