"Şəhidə dil uzadana ÖLÜM HÖKMÜ VERİLSİN!"
Baxılıb: 753 Tarix: 19-12-2018 16:28
Xəbər verdiyimiz kimi, psixoloq Nərmin Şahmarzadə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu təhqir edib. O, sosial şəbəkədəki statusunda Mübariz İbrahimovu "cinayətkar və qatil" adlandırıb: "Azərbaycan kişisi deyəndə nümunə kimi Mübariz İbrahimovu çəkdi bir dostum, amma mən belə hesab etmirəm. Döyüş zamanı olsa, özünü və vətəni müdafiə deyərək insanı öldürməyə hardasa qəhrəmanlıq demək olar. Çünki dəyər hesab etdiyin insanlıq, mərhəmət hissini digər dəyər hesab etdiyin şeyə qurban verirsən, o öldürdüyün adama düşmən desən də, vicdanın sızlayar yəqin ki, buna görə dəyər hesab etdiyin şeyi qorumaq üçün digər dəyərindən imtina etməyinə bəlkə də qəhrəmanlıq demək olar. Amma döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükəsi olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır, mənə görə. Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi.
Bəlkə də yatarkən ailəsinə qovuşması üçün bir günün daha bitdiyini təsəvvür eləmişdi. Amma kimsə onu etmədiyi bir şeyə görə günahlandırıb öldürür. Həmçinin Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman. Çünki əmr almadan sərhədi keçmişdi. Əslində, qəhrəman dediyimiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır".
Psixoloqun bu fikri sosial şəbəkələrdə ciddi müzakirə yaradıb. Sosial şəbəkə istifadəçiləri arasında Milli Qəhrəman barəsində bu cür fikirlər səsləndirən şəxsin cəzalandırılmasını tələb edənlər də az deyil.
Big.az xəbər verir ki, Nərmin Şahmarzadənin Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı səsləndirdiyi fikirlərə Xəzər televiziyasında yayımlanan "Səni Axtarıram" verlişinin aparıcısı Xoşqədəm Hidayətqızı da öz etirazını bildirib.
O söyləyib ki, Azərbaycan, vətən, bayraq, millət dediyimiz şəhidə dil uzadan qadın gördüm:
"Ar olsun sizə. Biz o torpaqlar uğrunda gedib ölməyə belə razıyıq. Sən Xocalıda baş verənləri bilirsənmi? O torpaqlarda şəhid olan qardaşlarımızdan, ana-bacılarımızdan xəbərdarsanmı?Sən neçə ananın gözüyaşlı qaldığından xəbərdarsanmı? Mən bağırmaq istəyirəm. Neçə gündür içim partlayır. Sən nə danışırsan?! Mənim kimi kəndində qulağı, burnu kəsilən erməni gördünmü? Sən əsirlikdə qardaşının, atasının gözü önündə təcavüzə məruz qalan qız, qadın haqqında eşitdinmi ki, sən bu gün Mübarizə dil uzadırsan. O qadınların və öldürülən oğulların qisasını almaq istəyən şəhidimə, qəhrəmanıma, qardaşıma dil uzadırsan. Dilin qurusun sənin. Bilmirəm hansı cəza veriləcək, kim neyləyəcək, amma mən xahiş edirəm ki, elə bir qanun qəbul edilsin ki, şəhidə dil uzadana ölüm hökmü verilsin. Bu torpaq uğrunda canını fəda edən, qızının, gəlininin namusuna toxunub, Xocalıda əsirin ən böyük faciəsini törədən, əsirlərlə xalqımıza bu acılar yaşadan düşmənə dil uzadan şəhidə dil uzadanlara qanunla ən ağır cəza verilsin".
Ən çox oxunanlar
Son xəbərlər