Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Gənclər çirkli təbliğata qarşı olmalıdır – Əhmədov

Baxılıb: 415     Tarix: 21-12-2018 11:30   
Bu gün Azərbaycan cəmiyyəti gənclərdən təşkil olunub. 30 yaşa qədər əhalinin sayı 4,6 milyondur. Bu isə ölkə əhalisinin 46 faizini təşkil edir. Tələbə yaşında, yəni 24 yaşadək olan gənclər ölkə əhalisinin 3,6 milyon nəfərini, başqa sözlə, üçdə birini təşkil edir. Demək, bizim cəmiyyətimiz gəncdir.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Baş nazirin müavini Əli Əhmədov Azərbaycan tələbələrinin II qurultayında çıxışı zamanı deyib.
Ə.Əhmədov bildirib ki, gənclərə yönələn siyasət Azərbaycan vətəndaşlarının həyatının yaxşılaşması üçün atılan addımların əsas qayəsini təşkil edir:
“Bu gün Azərbaycan dövləti və xalqı öz gələcəyini gənclərlə bağlayır. Gənclərin daha yaxşı təhsil alması Azərbaycanın gələcəyini daha etibarlı şəkildə qurması üçün ən mühüm amillərdəndir. Azərbaycan hökuməti bütün potensialını gənclərin daha yaxşı təhsil almasına yönəlib. Bizim üçün əsas prioritet gənclərin sağlam olmasıdır. İkinci prioritet gənclərin daha yaxşı təhsil ala bilməsidir. Azərbaycan cəmiyyəti öz inkişafını təhsillə bağlayır. Siz dünyəvi bilikləri mənimsəməklə həm öz arzularınızı reallaşdırır, həm də cəmiyyətin ən mühüm fundamental amilini formalaşdırmış olursunuz".
Ə.Əhmədov bildirib ki, Azərbaycan vətəndaşlarının layiqli vətənpərvər kimi yetişməsi dövlətimizin qüdrətini artırır: "Bu gün gənclərimiz fəxr etməlidirlər ki, onlar azərbaycanlıdır. Tələbələrimiz Azərbaycanı dünyada təbliğ etməli, Azərbaycana qarşı çirkli təbliğata qarşı olmalıdır. Bu gün Azərbaycanda layiqli gənclər yetişir. Azərbaycanın gələcəyi siz gənclərin əlində olacaq. Biz sizdən böyük ümidlər gözləyirik. Sizin mübarizliyiniz üzərində gələcək Azərbaycan daha da güclü olacaq".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar