Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyevə

Baxılıb: 871     Tarix: 21-12-2018 15:30   
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyevə

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya

Surəti: Azərbaycan Respublikası “Qanun və Hədəf” Beynəlxalq ictimai-siyasi hüquq qəzetinə

Sumqayıt şəhəri 2-ci mkr, ev 18, mənzil 24 ünvan sakini Seyidov Səhabəddin Zəbi oğlu tərəfindən

ƏRİZƏ


Mən Seyidov Səhabəddin Zəbi oğlu 1967-ci il tarixdə Sumqayıt şəhəri 6-cı məhəllə şəhər bağı N.Nərimanov küçəsi 21 №-li yeməkxanada (indiki “Bənövşə” kafesi) bir gənc mütəxəssis kimi burada bufetçi fəaliyyətinə başlamışam və bir müddətdən sonra, yəni 1981-ci ildə isə bu kafenin müdiri təyin edilmişəm. O, vaxtdan hal-hazırkı vaxta qədər mən burada işləmiş, 1998-ci ildən isə ölkə Prezidenti Sahibkarlığa yüksək səviyyədə önəm verdiyinə rəğmən hal-hazırda da sahibkar kimi öz ailəmi, imkansız adamları və ən ümdə qaçqın və məcburi köçkünlərin hər hansı mümkün olan ehtiyacına əl tutmuş və onların maddi güzaranlarının yaxşılaşmasına daim kömək etməli olmuşam.
Qeyd edim ki, mənim işlədiyim “Bənövşə” kafesi tam əsaslı olaraq 1998-ci ildə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən bizim adımıza rəsmiləşdirilmişdir (həmin sənədləri təqdim edirəm).
Çox və çox təəssüf hissi ilə qeyd edirəm ki, bu gün Azərbaycan Respublikasının Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatı № j-135-149 j 135-149 12.05.2018-ci il tarixli cavab məktubu ilə ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi İlqar Allahverdiyev Dövlətin Prezidentin Sahibkarlığın daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsinin əleyhinə çıxıb, bizim sahibkar olduğumuz sahəni məqsədli şəkildə hansı bir müəmmalı neqativ səbəbdəndisə əlimizdən almaqda israrlıdır.
Sözügedən situasiyanı nəzarətə götürdüb, müvafiq tədbir görülməsinə dair aidiyyatı məsul Dövlət və Hökumət təmsilçilərinə göstəriş verməyinizi rica ilə xahiş edirik.
İnanır və ümid edirik ki, bizə qarşı süni şəkildə qurulmuş bu hörümçək torunun rədd edilməsinə dair tərəfinizdən müvafiq tədbir görüləcəkdir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar