Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Sizin böyük təşkilatçılıq istedadınız, böyük dövlət xadimi təcrübəniz hələ uzun illər boyu Azərbaycan xalqının rifahı naminə çoxtərəfli əlaqələrin və strateji tərəfdaşlığın inkişafına xidmət edəcəkdir.

Baxılıb: 455     Tarix: 25-12-2018 20:05   
 
- Dövrünün görkəmli siyasi liderlərindən biri kimi cənab İlham Əliyev zəmanəsinin böyük ideya adamlarındandır. Dünyanın, mədəniyyətin, düşüncənin, insanın mənəvi kamilliyinin gücü ilə xilasına, bəşəriyyətdə sülh və rifahın bərqərar olmasının mümkünlüyünə inanan və Özü də bu məram uğrunda çalışan mütəfəkkir şəxsiyyətlərdəndir.
Cənab İlham Əliyev özünün 15 illik prezidentliyi dövründə, ilk növbədə, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi daha da möhkəmlətmiş, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin etmiş, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olub. Hazırda tərəddüd etmədən söyləmək olar ki, daxili milli-vətəndaş birliyi, hakimiyyətin yürütdüyü siyasətin geniş əhali tərəfindən dəstəkləməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik əmsalına görə Azərbaycan postsovet məkanında birinci yerdə dayanır. Bununla yanaşı, digər əsas daxili inkişaf parametrləri — makroiqtisadi sabitlik, dinamik inkişaf edən iqtisadiyyat, sosial və mənəvi təminat sisteminin dinamikası, müsbət demoqrafik vəziyyət, miqrasiya və urbanizasiya proseslərinin dövlətin nəzarəti altında saxlanması, dövlət idarəçiliyinin effektivliyi və s. üzrə də Azərbaycan son 15 ildə region ölkələri içərisində birinci üçlükdə öz yerini möhkəmləndirib.
Azərbaycan Prezidentinin 2003-cü ildən bəri gördüyü bütün işlərin, uğurla həyata keçirdiyi layihələrin hər biri bu suala cavabdır. Dövlətimizin başçısının Yeni Azərbaycan Partiyasının VI Qurultayındakı proqram xarakterli nitqi göstərdi ki, Onun bu suala bütün zamanlara aid cavabı var. O, nəinki bu günün, həmçinin bir neçə on il sonranın Azərbaycanında da yerinə yetirilməli olan milli vəzifələr haqqında geniş təsəvvürə, aydın vizyona malikdir. Cənab İlham Əliyev müdrik bir strateq kimi Azərbaycanın gələcəyi barədə yalnız düşünmür, Onun siyasəti sayəsində insanlar öz təsəvvürlərində parlaq gələcəyi qurub yarada bilirlər. Ən əsası, Prezident İlham Əliyev Azərbaycanı bu təsəvvürün reallaşdığı gələcəyə doğru aparan yolu dəqiqliklə görə bilir. Cənab İlham Əliyev Azərbaycanın böyük gələcəyə gedən yolunu belə təsvir edib: “Azərbaycan müasirliyə gedən yoldadır. Biz inkişaf etməliyik, biz ən qabaqcıl standartları milli dəyərlərimizə uyğun olan şərtlə tətbiq etməliyik. Biz çox möhkəm milli köklər üzərində dayanmışıq və bu, bizim üçün əsasdır. Eyni zamanda, biz həmişə dünyaya açıq olmalıyıq və ən qabaqcıl texnologiyaları ölkəmizə gətirməliyik”. Bu möhtərəm Prezidentimizin xoşbəxt gələcəyimiz haqqında inamla söylədiyi məqsəddir.
İqtisadi cəhətdən çiçəklənən Azərbaycanın daha da inkişaf etməsinə yönəlmiş fədakar əməyiniz Sizə haqlı olaraq həm doğma ölkənizdə, həm də onun hüdudlarından çox-çox uzaqlarda hörmət qazandırmışdır.
"Hörmətli İlham Heydər oğlu! Doğum gününüz münasibətilə kollektivimiz adından ən səmimi, ürəkdən gələn təbriklərimizi qəbul edin.
                                                                                                 
 Rüstəm Paşayev  
Azəravtoyol ASC-nin Balakən Yol Istismar Idarəsinin rəisi.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar