PREZİDENT İLHAM ƏLİYEV MİLLİ MUSİQİNİN İNKİŞAFINDA XİDMƏTLƏRİ OLAN ŞƏXSLƏRİ AZƏRBAYCANIN MİLLİ SƏRVƏTİ HESAB EDİR
Baxılıb: 820 Tarix: 24-12-2018 15:42
Dövlətimizin başçısı cənab İlham Əliyev sübut etmişdir ki, o, adi rəhbər deyildir, Heydər Əliyev kimi xalqın içindən çıxıb, daim millətinin yanında olan, ona ən dar məqamında həyanlıq edən, vətəndaşların yeganə güvənci adını qazanan liderdir! Ölkə Prezidenti "bütün ölkə vətəndaşlarına fərq qoymadan hamısını özümə qardaş sayıram" - deməklə, xalqının gözündə daha da ucalıb, mövqeyini daha da möhkəmləndirib.
Bütün bunlara görə Azərbaycan xalqı öz Prezidentini sevir, onun sevincinə də, qəminə də şərik çıxmağa özünü haqlı sayır. Bu gün ölkəmizdə cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlardan, sosial proqramlardan bütün ölkə vətəndaşları faydalanırlar. Buna görə də öz rəhbərlərinə olan sevgilərini, minnətdarlıq hisslərini izhar etmək üçün hər fürsəti dəyərləndirirlər. 24 Dekabr - möhtərəm Prezidentimiz İlham Əliyevin ad günü növbəti belə fürsətdir.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon S.Rüstəmov adına 13 saylı Uşaq Musiqi Məktəbi öz profili üzrə qabaqcıl sayılan müəssisələrdən biridir. Kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində olan bu musiqi təhsili ocağının təqdirəlayiq fəaliyyəti, yetirmələrinin nailiyyətləri barədə vaxtilə "Qanun və Hədəf" qəzetində ("qanunvehedef.az) "Sayca 13-cü, keyfiyyətcə 1-ci musiqi məktəbi" sərlövhəli geniş məqalə dərc olunmuşdur. Gələcəyimiz olan uşaqların estetik zövqünün formalaşmasına əhəmiyyətli töhfələr verən 13 saylı Uşaq Musiqi Məktəbinin uğurlarını diqqətlə izləyir, məktəbin tədbirlərinə qatılır, şagirdlərinin qazandıqları müvəffəqiyyətlər haqdaməlumatları oxucularımız ilə bölüşürük. Məktəbin direktoru, istedadlı musiqiçi və ictimaiyyətçi Tofiq Salmanov onunla bu günlərdə baş tutan görüşümüzdə saytımızın tribunasından yararlanaraq əziz Prezidentimizə təbrik nidalarını ünvanlayaraq, ona ölkəmizin çiçəklənməsi naminə fəaliyyətində daha böyük uğurlar arzuladı. Tofiq müəllim əvvəlcə mərhum Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin inkişafı və tanınması sahəsində göstərdiyi misilsiz xidmətlərini xatırlatdı. Bildirdi ki, ulu öndərin müəyyən etdiyi siyasi xətt bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir:
"Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə xalqın milli-mənəvi dəyərlərinin qorunması, mədəniyyətin və incəsənətin yüksəlişi sahəsində ölçüyəgəlməz işlər görülür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Azərbaycan mədəniyyətinin tərəqqisinə, geniş beynəlxalq areaIda milli tariximizin, incəsənətin, musiqinin, о cümlədən klassik muğam və aşıq sənətinin inkişafı üçün böyük töhfələr verir, möhtəşəm layihələr həyata keçirir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda təşkil olunan mədəni tədbirlər, beynəlxalq musiqi və mahnı müsabiqələr dünyaya səs salır".
T.Salmanov xatırlatdı ki, möhtərəm Prezidentimiz İlham Əliyev erkən gənclik illərində musiqi məktəbində oxuyub:
"Cənab İlham Əliyev və bacısı Sevil Əliyeva hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən orta musiqi məktəbində musiqi təhsili alıblar. Təsadüfi deyildir ki, keçən il dövlətimizin başçısı həmin məktəbin 50 illik yubileyində iştirak etdi və məktəbin əməkdaşlarının yüksək dövlət mükafatlarına layiq görülmələri barədə sərəncam imzaladı. Ümumiyyətlə, təhsilimizin, mədəniyyətimizin böyük qayğıkeşi olan Prezident İlham Əliyev xeyli sayda mədəniyyət və təhsil müəssisələrinin, o cümlədən, musiqi məktəblərinin açılışında, yenidənqurma və təmirdən sonra istifadəyə verilməsində iştirak edib. Dövlətimizin başçısı ölkədə mədəniyyətin inkişafına xüsusi diqqətlə yanaşır, son illərdə bu sahənin tərəqqisi istiqamətində həyata keçirilən tədbirlər mühüm uğurlarla müşayiət olunur. Bütün ölkə miqyasında mədəniyyət ocaqları yenidən qurulur, qədim tarixi abidələrimizə yeni həyat verilir, mədəniyyət xadimlərinin, bu sahədə çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əhəmiyyətli addımlar atılır. Prezident İlham Əliyev deyir ki, milli mənəvi dəyərlər üzərində bərqərar olan Azərbaycan dövləti milli musiqinin inkişafına da xüsusi diqqət göstərir. Bu sırada muğam sənətinin yaşadılıması və gələcək nəsillərə ötürülməsi ilə əlaqədar görülən işləri təqdir edən dövlətimizin başçısı gənc istedadların üzə çıxarılması ilə bağlı muğam televiziya müsabiqələrinin əhəmiyyətini vurğulayır. Prezident İlham Əliyev gənclərdə Vətənə və milli mənəvi dəyərlərə bağlılığın möhkəmləndirilməsi istiqamətində yaşlı nəslin üzərinə müəyyən vəzifələrin düşdüyünü diqqətə çatdıraraq qeyd edir ki, milli musiqinin inkişafında xidmətləri olan şəxslər Azərbaycanın milli sərvətidir.
Sonda bir daha ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevi 57 yaşının tamam olması münasibətilə ürəkdən təbrik edir, Azərbaycanı tərəqqiyə, xalqımızı firavanlığa qovuşdurmaq naminə fəaliyyətində nailiyyətlər arzulayıram".
Salmanov Tofiq Səməd ogiu
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon S.Rüstəmov adına 13 saylı Uşaq Musiqi Məktəbin direktoru.
Ən çox oxunanlar
Son xəbərlər