Dövlətimizin başçısı cənab İlham Əliyev sübut etmişdir ki, o, adi rəhbər deyildir
Baxılıb: 789 Tarix: 28-12-2018 21:48
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü olmuş İlham Əliyevin Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti doğma xalqa qətiyyətlə və cəsarətlə xidmət etmək nümunəsidir. Onun AŞPA-dakı məqsədyönlü, qətiyyətli və cəsarətli çıxışları Azərbaycanın Avropa məkanında nüfuzunun daha da artmasına güclü təsir göstərmişdir. Məhz İlham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olunmuş, Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağ haqqında, qondarma "Dağlıq Qarabağ problemi" barədə Qərb dünyasında obyektiv rəy formalaşmış, həmin münaqişəyə düzgün siyasi qiymət verilmiş, onun həlli yolunda mühüm addımlar atılmışdır. Avropa Şurasında Ermənistanın təcavüzkar, işğalçı dövlət kimi tanınmasında, erməni terrorçuluğunun beynəlxalq terrorizmin tərkib hissəsi olmasının sübuta yetirilməsində, nəzarətdən kənarda qalan Dağlıq Qarabağın narkotiklərin ötürücü məntəqəsinə və terror yuvasına çevrilməsinin Avropa və dünya ictimaiyyətinə çatdırılmasında İlham Əliyevin böyük xidmətləri var. Avropa Şurasındakı fəaliyyəti, AŞPA-dakı obyektiv və konstruktiv çıxışları İlham Əliyevə qərb siyasətçiləri arasında böyük hörmət və nüfuz qazandırmışdır. O, AŞPA-nın vitse-spikeri və Büro üzvü seçilmişdir (2003, yanvar).
Dövlətimizin başçısı cənab İlham Əliyev sübut etmişdir ki, o, adi rəhbər deyildir, Heydər Əliyev kimi xalqın içindən çıxıb, daim millətinin yanında olan, ona ən dar məqamında həyanlıq edən, vətəndaşların yeganə güvənci adını qazanan liderdir! Ölkə Prezidenti "bütün ölkə vətəndaşlarına fərq qoymadan hamısını özümə qardaş sayıram" - deməklə, xalqının gözündə daha da ucaldı, mövqeyini daha da möhkəmləndirdi.
Bütün bunlara görə Azərbaycan xalqı öz Prezidentini sevir, onun sevincinə də, qəminə də şərik çıxmağa özünü haqlı sayır. Belə sevincli günlərdən biri də dekabrın 24-üdür. Həmin gün İlham Heydər oğlunun ad günüdür. Bu münasibətlə əziz Prezidentimizi şəxsən öz adımdan təbrik edir, ona ümummilli lider Heydər Əliyevin işıqlı ideyalarını gerçəkləşdirmək, Azərbaycan xalqını firavanlığa qovuşdurmaq yolunda fəaliyyətində uğurlar arzulayıram.
Faiq Agamirzə oglu Tagıyev
Tibb elmiləri namizıdi
Ali dərəcəli cərrah, təmənnasız donor.
Sanitar müdafiyəsi, əlacısı döş nişanı ilə mükafatlanan,
əmək vetaranı.
Ən çox oxunanlar
Son xəbərlər