Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Rusiya Azərbaycanın axtarışa verdiyi zabiti yaxaladı - Video

Baxılıb: 551     Tarix: 25-12-2018 10:51   
Rusiyanın İrkutsk şəhərində İnterpol əməkdaşları fırıldaqçılıqda şübhəli bilinərək beynəlxalq axtarışa verilmiş ehtiyatda olan hərbçini saxlayıblar.
Qanunvehedef.az xəbər verir ki, bu barədə İnterpolun Rusiyadakı Milli Mərkəzi Bürosundan məlumat verilib.
Hüquq-mühafizə orqanlarına Azərbaycan vətəndaşı olan şübhəli şəxsin şəhər mərkəzində olması barədə informasiya daxil olub. Məlumat öz təsdiqini tapıb və keçirilən operativ əməliyyat tədbirləri çərçivəsində 38 yaşlı həmyerlimiz saxlanılıb.
Saxlanılan şəxs uzun illər Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət aparıb və 3 il əvvəl mayor rütbəsində ordudan ayrılıb. Təqaüddə olan şəxs keçmiş həmkarlarına qarşı fırıldaqçılıq fəaliyyətinə başlayıb. Belə ki, hərbi hospitalda olan həmkarlarına pul qarşılığında əlilliyə görə təqaüdə çıxmaq imkanı yaradan saxta arayışların verilməsini təklif edib. Öz xidməti qarşılığında isə keçmiş hərbçi hər dəfə bir neçə min dollar qazanıb. Onun barəsində fırıldaqçılıq maddəsi ilə cinayət işi açılıb, beynəlxalq axtarışa verilib.
Hazırda onun Azərbaycana ekstradisiyası məsələsi müzakirə edilir.




{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar