Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycan səhiyyəsinin xilaskarı

Baxılıb: 1 104     Tarix: 10-05-2018 10:46   
                                                   

Heydər Əliyevin 1993-cü ilin iyun ayı nın 15-də yenidən Azərbaycana rəhbərliyə qayıdışından sonra ölkə səhiyyəsinin, həmçinin tibb elmi və tibb təhsili sisteminin inkişafının yeni mərhələsi başlandı. XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarının 20 faizini işğal etməsindən sonra bütün sahələrdə olduğu kimi, səhiyyə sistemində, tibb elmi və tibb təhsili sahələrində də tənəzzül, xaos baş alıb gedirdi. İllərlə ulu öndər tərəfindən çətinliklə yaradılan gözəl şərait, yüksək səviyyəli tibbi təchizat, avadanlıqlar baxımsızlıq üzündən dağıdılırdı. Xoşbəxtlikdən bu, uzun sürmədi və ulu öndərin yenidən hakimiyyətə gəlişi pərakəndəliyin, dağıntıların qarşısını aldı. Həmin dövr üçün Azərbaycan cəmiyyətindəki pozucu qüvvələrin zərərsizləşdirilməsindən sonra ulu öndər siyasi, hüquqi, iqtisadi, sosial sahədə demokratik islahatlar proqramının həyata keçirilməsinə start verdi. Ulu öndərin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında ölkənin Əsas Qanunu olan konstitusiyanın qəbulu istiqamətində gördüyü işlər, atdığı real addımlar xüsusi qeyd olunmalıdır. 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun hüquqi əsaslarını yaratdı. Ölkəmiz demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişafı kimi seçdi. Ulu öndərin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə yazıldı.
1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar verdi. Heydər Əliyev böyük şəxsiyyət olaraq cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görür və buna xidmət edən bütün zəruri tədbirləri həyata keçirirdi. Onun gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Ulu öndər 1997-ci ildə xarici jurnalistlərlə görüşündə müxbirin dövlətçilik ənənələrinin yaranması və hansı göstəricilərlə şərtlənməsi ilə bağlı sualını cavablandıraraq demişdi: "...Bu, ilk növbədə, əhalinin xalqa, xalqın millətə, sakinlərin vətəndaşlara çevrilməsi istiqamətində gedən prosesdir. Dövlətçilik insanlarda vətənpərvərlik
duyğusunu, vətən anlamının milli mənə daxil edilməsini nəzərdə tutur. Əgər hər hansı bir ölkədə hər kəs təkcə öz mənafeyini, ailəsinin mənafeyini düşünürsə, xalqın taleyinə, ümummilli siyasi və iqtisadi mənafelərə biganədirsə, deməli, burada dövlətçilik ənənələri yoxdur. Gərək hər bir vətəndaş ölkəsinin böyük siyasəti haqqında düşünsün" .
Ümummilli liderin dövlətçilik siyasəti sayəsində Azərbaycanın özü ilə birlikdə onun səhiyyə sistemi də xilas edildi. Heydər Əliyevin o vaxtlar ölkəmizdəki siyasi-iqtisadi vəziyyəti yaxşılaşdırmaq naminə gördüyü işlər, yerinə yetirdiyi əvəzsiz xidmətlər tarixin səhifələrinə qızıl hərflərlə həkk olundu. Bundan sonra müstəqil Azərbaycan Respublikasında həm siyasi, həm də iqtisadi durum yüksələn xətt üzrə inkişaf etməyə başladı.
Fərəhli haldır ki, dahi Heydər Əliyev ideyalarından güc alan müasir Azərbaycan diplomatiyası cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin nəticələri sayəsində misli görünməmiş uğur qazanmışdır. Belə ki, Azərbaycan Respublikası 2011-ci il oktyabrın 24-də 155 ölkənin dəstəyini qazanaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu möhtəşəm tarixi nailiyyət ümummilli lider Heydər Əliyevin ideyaları altında birləşən vahid dünya azərbaycanlıları ailəsinin bir üzvü kimi Azərbaycanın səhiyyə işçilərini, o cümlədən ölkəmizin bütün tibb alimlərini və tibb təhsili əməkdaşlarını ürəkdən sevindirir.
Azərbaycan səhiyyəsinin, tibb elmi və tibb təhsili sisteminin bütün ağırlığını öz çiyinləri üzərinə götürərək onu inkişaf etdirən və gələcək perspektivlərini müəyyənləşdirən dahi Heydər Əliyev dəst-xətti, qüdrəti öz möhtəşəmliyi ilə daim seçilir və bənzərsizliyi ilə fərqlənir. Ona görə də müasir Azərbaycan Respublikasının memarı olan Heydər Əliyevin ideyaları ölkənin tibb elmi və tibb təhsili sisteminin, Azərbaycan səhiyyəsinin də sarsılmaz dayağı, ilhamverici qüvvəsidir. Ulu öndərin dünyəvi ideyalarına söykənən siyasət əbədidir, həmişəyaşardır. Ümummilli liderin Azərbaycan səhiyyəsinin, eləcə də tibb elmi və tibb təhsili sisteminin dayanıqlı və sabit inkişafının təminatına işıq salan ideyaları daim yaşayacaqdır.

Samirə Əkbərbəyova M.Ә.Mirqasımov adına Respublika Klinik Xәstәxanasının Mama-ginekoloqu, Tibb üzrə fəlsəfə doktor
 шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar