Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Aslanov Dubayda şirkət qurdu: Yığılan “zəkatlar” hara axır?

Baxılıb: 862     Tarix: 26-12-2018 16:08   

Maliyyə kanalları bağlanan FETÖ Dubayda “Payzakat Global” adlı şirkət qurub, məzlumlar üçün gələn zəkatları kassasına yığır.
Avropa.info xəbər verir ki, bu barədə Türkiyənin “Axşam” qəzetinin köşə yazarı Osman Nuri Cerit öz yazısında qeyd edib.
Yazar bildirib ki, şirkətin başına FETÖ-nun Azərbaycan imamı, Prezident Administrasiyasının keçmiş şöbə müdiri Elnur Aslanov gətirilib.
Osman Nuri Cerit yazır:
“Pensilvanyadakı terror təşkilatının təlimatı ilə hərəkətə keçən FETÖ-çu xainlər internetdə qurduqları “Payzakat Global” adlı şirkət üzərindən incə bir planı dövriyyəyə buraxıb. Mərkəzi Dubayda olan şirkət xain terror təşkilatının istismar taktikasından istifadə edərək, internetdən “zəkat” yığır”.
Müəllif yazır ki, rusca, ingiliscə, ərəbcə fəaliyyət göstərən “Payzakat Global” şirkətinin başına isə FETÖ-nun Azərbaycandakı imamı Elnur Aslanov gətirilib:
“Aslanov sosial şəbəkədəki paylaşımları ilə din istismarçılığını buradan idarə edir. Şirkətin saxtakalığına inan xeyriyyəçilərin məzlumlara yetişəcəyini düşünürək göndərdikləri zəkat və yardımlar isə FETÖ-nun kassasına daxil olur”.
Köşə yazarı qeyd edir ki, Elnur Aslanovun bu şirkətin başına gətirilməsi Azərbaycandakı xəbər saytı “Yeniçağ”da yayımlanan xəbərlə də deşifrə olub.
Osman Nuri Cerit xatırladır ki, Elnur Aslanov 2014-cü ildə Azərbaycanda Prezident Administrasiyasından uzaqlaşdırılıb. O, həmin vaxtdan ABŞ-a qaçıb və hazırda orada yaşamaqdadır.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar