Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Hicab namus, qeyrət məsələsi deyil - Sədr müavini

Baxılıb: 783     Tarix: 26-12-2018 16:14   

2009-2010-cu illərdə islamla bağlı qanunsuz aksiyalar keçiriləndə müxtəlif şüarlar səsləndirildi. Məsələn, deyirdilər ki, hicab bizim namusumuz, əxlaqımızdır.
Qanunvehedef.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov “Din və ideoloji təhlükəsizlik” mövzusunda keçirilən konfransda deyib.
“Hicab namus, qeyrət məsələsi deyil, inanc məsələsidir. Hicaba ona görə əxlaq prizmasından yanaşırlar ki, insanların beyninə bunu yeritmək istəyirlər. Bu, cəmiyyəti şüuraltı bölmək mesajıdır. Məncə, bu ideyaların hamısı kənardan gəlib. İnsanlarımızın, dindarlarımızın çoxu bunun fərqində deyil.
Tez-tez qadın hüquqlarının məhdudlaşdırılması halları da müşahidə olunur. Adam dindar olduqdan sonra xanımını işdən, övladını məktəbdən çıxarır. Qızını erkən yaşda ərə verir. Və ya deyir ki, uşaq hicabla məktəbə getmirsə, evdə otursun. Hicaba yanaşmaq baxımından cəmiyyətdə bəzən fərqli və zərərli fikirlər ortaya çıxır”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar