Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycanda ümummilli lider Heydər Əliyevin ad günü qeyd olunur

Baxılıb: 791     Tarix: 10-05-2018 11:25   



Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin çoxillik ictimai-siyasi fəaliyyəti böyük bir epoxanı əhatə edir. Sovet rejiminin inkişafda olan dövrü (1969-1986), mürəkkəb keçid prosesləri (1987-1990), Azərbaycanın dövlət müstəqilliyi mərhələsi (1991-2003) kimi səciyyələnən 35 illik bir epoxanın aparıcı şəxsiyyətlərindən, əsas simalarından olan Heydər Əliyevin böyük siyasətdə keçdiyi çətin və şərəfli yol, sərt və mürəkkəb məqamlarda onun tutduğu obyektiv və qəti mövqe, atdığı düşünülmüş addımlar, əldə etdiyi ciddi və mühüm nəticələr çox mənalı və ibrətamiz məktəbdir.
Bu təlim beynəlxalq siyasi aləmdə və Azərbaycanda özünəməxsus xüsusi yeri və əhəmiyyəti olan, tarixə düşən, hər yeni tarixi mərhələ üçün aktuallıq və müasirlik kəsb edən həmişəyaşarlıq qazanmış Heydər Əliyev siyasi məktəbi kimi özünü təsdiq etmişdir. Eyni zamanda, Heydər Əliyevin qiymətli siyasi irsi – məruzələri, nitqləri, çıxışları, imzaladığı tarixi qərarlar və sərəncamlar, verdiyi tapşırıq və tövsiyələr küll halında həmin böyük siyasət məktəbinin möhtəşəm və mötəbər dərslikləridir. Beləliklə, görkəmli dövlət xadimi Heydər Əliyevin simasında böyük, əbədiyaşar siyasətin nəzəriyyəsi və təcrübəsi bütün zənginliyi ilə vahid məcrada birləşir.

Heydər Əliyev siyasi kursu – bu böyük dühanın parlaq adını və çoxcəhətli fəaliyyətini, geniş dünyagörüşünü və mənalı irsini əhatə edən zəngin
dövlətçilik təlimi, siyasi-ideoloji baxışlar sistemidir.
Heydər Əliyev siyasi kursu – qlobal yanaşma ilə milli dəyərlərin vəhdətindən yoğrulmuş düşünülmüş yetkin dövlətçilik təlimidir.
Heydər Əliyev siyasi kursu – milli dövlətçilik təliminin strategiyasından və xalqın inkişaf dialektikasının taktikasından ibarətdir. Haqlı olaraq deyildiyi kimi, o, böyük siyasətin uzaqvuran topu, ağır artilleriyası idi.
Heydər Əliyev siyasi kursu – xalqı birləşdirən, əlaqələndirən, səfərbər edən və daha böyük gələcəyə aparan gerçəkçi siyasətin ifadəsidir.
Heydər Əliyev siyasi kursu – müstəqillik qazanmış ölkələrin dövlət quruculuğunun inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün sınaqlardan çıxmış modeldir.
Nəhayət, Heydər Əliyev siyasi kursu – cəmiyyət həyatının, ümummilli inkişafın əbədiyyət ünvanlı lokomotividir.
Çox çətin sınaqlardan çıxmış Heydər Əliyev siyasi kursunun nüvəsini, cövhərini milli dövlətçilik təlimi təşkil edir. Böyük dövlət xadimi Heydər Əliyevin uğrunda mübarizə apardığı, əməli fəaliyyəti ilə əsas konturlarını müəyyən etdiyi milli dövlətçilik təliminin əsasında azərbaycançılıq məfkurəsi dayanır.
Azərbaycançılıq – ümumtürk köklərinə bağlı olan milli məfkurədir.
Bütövlükdə azərbaycançılıq – müstəqil bir dövlətin qurulub möhkəmləndirilməsi və inkişaf etdirilməsi fəlsəfəsini əks etdirir.
Bu mənada AZƏRBAYCANÇILIQ HEYDƏR ƏLİYEV SİYASİ KURSUNUN TAC DAMARIDIR, ANA XƏTTİDİR.
AZƏRBAYCANÇILIĞIN HEYDƏR ƏLİYEV TƏLİMİ dünya azərbaycanlılarının ümummilli ideallarını əks etdirən və onların həmrəyliyini ifadə edən böyük təlimdir.
Müstəqil Azərbaycan isə böyük ideallara və universal zəkaya malik olan Heydər Əliyev dühasının şah əsəridir.
Məhz Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində azərbaycançılıq təlimi müstəqil Azərbaycanın dövlətçilik ideologiyasına çevrilmişdir. Bu görkəmli dövlət xadimi ilk dəfə olaraq dünya azərbaycanlılarını böyük siyasətinin cazibəsində vahid Vətən amalı ətrafında birləşdirmişdir. Dünya azərbaycanlılarının qurultayları milli tariximizə Azərbaycan xalqının dünyanın müxtəlif qitələrinə səpələnmiş nümayəndələrinin Heydər Əliyev forumu kimi daxil olmuşdur. “Hamımızın bir vətəni var. Bu – Azərbaycandır!” kimi ata sözünə çevrilmiş müdrik kəlamın da müəllifi Heydər Əliyevdir. Heydər Əliyev 50 milyonluq dünya azərbaycanlılarının ümummilli lideridir. Bütün bunlara görə Heydər Əliyevin azərbaycançılıq təlimi tarixi dəyərlərlə müasir inkişafı özündə üzvi surətdə birləşdiri.

Dr. Sevinc Təbrizli
Plastik Cərrah
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar