Azərbaycanda iş və işçi axtaranlar üçün - YENİLİK
Baxılıb: 481 Tarix: 01-01-2019 14:18
Azərbaycanda iş və işçi axtaranlar üçün yenilik var – ölkədə dövlət tərəfindən yeni karyera portalı yaradacaq.
Qanunvehedef.az fed.az-a istinadla xəvbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd edək ki bu yenilik, Prezident İlham Əliyevin 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"nda nəzərdə tutulub.
Strategiyada gənclərin peşə təhsilindən əmək bazarına inteqrasiyasının gücləndirilməsi üçün bir sıra tədbirlər yer alıb. Onlardan biri də karyera (peşə) - məsləhət və karyera - planlaşdırma xidmətlərinin təkmilləşdirilməsi, o cümlədən rəqəmsal texnologiyalardan geniş istifadəyə keçidin təmin edilməsi və mərkəzləşdirilmiş karyera portalının yaradılmasıdır.
Nazirlikdən bildirilib ki, sözügedən portal ali və orta ixtisas müəssisələrini bitirən gənclərlə bağlı məlumatları əhatə etməklə, işəgötürənlərin bu məlumatlara real vaxt rejimində çıxışına imkan yaradacaq.
Portalda əmək bazarında peşə və ixtisaslara olan tələbat barədə dolğun və real məlumatlar toplanacaq. Yeni peşə və ixtisas qazanmış gənclərin bu məlumatlarla, eləcə də peşə və ixtisaslarla bağlı işəgötürənlərin tələbləri ilə tanışlığına şərait yaradacaq.
Digər tərəfdən, əmək bazarına daxil olmağa hazırlaşan gənclər portal vasitəsilə əmək bazarında rəqabətədavamlı peşə və ixtisaslar barədə məlumatlar əldə edəcəklər. Bu da onların gələcək karyeralarını qurmaları üçün düzgün peşə-ixtisas seçiminə peşəyönümü dəstək verəcək.

Ən çox oxunanlar
Son xəbərlər