Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Qollarımı, ayaqlarımı bağladılar və... - Xanım deputatın başına gələnlər HAMINI AYAĞA QALDIRDI

Baxılıb: 651     Tarix: 03-01-2019 12:52   

Xorvatiya Milli Məclisində qadın millət vəkilinin şəxsi həyatından paylaşdığı xatirələr Balkan ölkələrindəki qadınları ayağa qaldırıb.
İvana Nincevic-Lesandrik adlı millət vəkili əksəriyyəti kişilərdən ibarət olan parlamentdə aborta getdiyi dövrdə keçirdiyi hissləri danışıb. "Qollarımı və ayaqlarımı bağladılar və aborta başladılar. Həyatımın ən çətin 30 dəqiqəsini yaşadım. Hər saniyəsini xatırlayıram. Bu durumu dəyişməyi düşünürsünüzmü və nə zaman?", - millət vəkili deyib.
Lakin xorvatiyalı parlamentarinin müalicə olunduğu xəstəxana ona qarşı qaldırılan ittihamları rədd edib.
Bu olaydan sonra ölkədə ginekoloq yanında və əməliyyat əsnasında ağrılı və alçaqca davranışlara məruz qalan yüzlərlə qadın yaşadıqlarını sosial media vasitəsilə paylaşaraq yeni hərəkatın əsasını qoyublar. Bir istifadəçi həkiminin ona müdaxilə etdiyi zaman "seksdəykən ağlamadın, indi də ağzını yum" sözlərini dediyini bildirib.
Xorvatiya Valideyn Haqları Qurumu RODA 400 qadının həyat hekayəsini bir araya toplayıb. İnsan haqları müdafiəçiləri də bu hekayələri Xorvatiyanın böyük şəhərlərindəki küçələrdə səsli formada oxuyub. Həmçinin, bu mətnlər Səhiyyə Nazirliyinə də göndərilib. Nazirlik isə sözügedən qadınların sayının çox az olduğunu söyləyib.
Xorvatiyada aparılan araşdırmaya görə, hər 3 qadından 1-nə ginekoloji müdaxilələr zamanı narkoz vurulmur. Bu müdaxilələrə abort, süni mayalanma və biopsiya da daxildir.
Lakin belə qadınların qəzəbi Xorvatiya ilə məhdudlaşmır. Qonşu ölkə Bosniya və Hersoqovinada 10 gün içində 300-dən çox qadın buna bənzər hekayələrini bölüşüb.





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar