Xəbər lenti
08/07/2025 [11:52]
POEZİYA -QƏNİ HÜSEYNOV
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

OPEK baş katibi Natiq Əliyevi belə xatırladı

Baxılıb: 849     Tarix: 03-01-2019 15:55   

Azərbaycan OPEK əməkdaşlıq Bəyannaməsinin reallaşdırılmasında aparıcı rol oynayır.
Bu barədə Trend-ə təşkilatın Baş katibi Məhəmməd Barkindo deyib.
Baş katib vurğulayıb: "Bu prosesə göstərdiyi fəal dəstəyə və töhfəsinə görə Azərbaycana minnətdarıq, ümid edirik ki, əməkdaşlığımız daha da genişlənəcək".
M.Barkindo əlavə edib ki, ötən il iki dəfə Bakıda səfərdə olub, səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmilərlə görüş keçirib.
OPEK baş katibi Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevi xatırlayıb: "Mərhum nazir (sabiq energetika naziri) Natiq Əliyevin xatirəsini xüsusi hörmətlə anmaq və demək istərdim ki, əməkdaşlıq haqqında Bəyannamənin hazırlanmasında Natiq Əliyev əsas şəxs olmuşdu".
Qeyd edək ki, OPEK+ çərçivəsində Azərbaycan 2019-cu ilin yanvarından sutkalıq neft hasilatının 20 min barrel olmaqla, 776 min barrelə qədər azaltmaq barədə üzərinə öhdəlik götürüb.шаблоны для dle 11.2