Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

"Range Rover" markalı avtomobillərlə bağlı BÖYÜK TƏHLÜKƏ

Baxılıb: 709     Tarix: 06-01-2019 17:28   
Böyük Britaniyanın tanınmış konserni "Jaguar Land Rover" Çin bazarında 68 min 828 avtomobili mühərrikdəki qüsurlara görə geri çağırır. Bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb.
Aprelin 5-dən başlanacaq geriçağırma prosesi 2009-2016-cı illərdə istehsal olunmuş "Discovery 4" və "Range Rover Sport" modellərindən olan avtomobilləri əhatə edəcək. Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, həmin avtomobillərin mühərrikindəki diyircəkli val vaxtından əvvəl aşına və anidən sına bilər. Bu da öz növbəsində mühərrikin işini pozaraq təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər. İstehsalçı şirkət avtomobillərdəki həmin detalları yoxlayaraq ehtiyac olarsa öz hesabına dəyişəcək.(Azərtac)



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar