Xəbər lenti
08/07/2025 [11:52]
POEZİYA -QƏNİ HÜSEYNOV
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Varlılar da "ağlayırlar": Onlar 2018-ci ildə milyardlarla dollar itiriblər

Baxılıb: 576     Tarix: 07-01-2019 16:04   

Dünyanın ən varlı biznesmenlərinin varidatları 2018-ci ildə 511 milyard dollar azalıb.
Qanunvehedef.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin məlumatında deyilir.
Agentliyin analitikləri tərəfindən tərtib olunan "Bloomberg Billionaires Index"inə görə dünyanın ən böyük 500 sahibkarının ümumi kapitalları 4,7 trilyon dollara qədər geriləyib.
İqtisadçı təhlilçilərin dəyərləndirmələrinə görə, "Amazon"un sahibi Ceff Bezos bir ildə 53 milyard dollar itirib. Keçən ilin əvvəlinə qədər onun ümumi sərvəti 168 milyard dollar qiymətləndirilirdisə, hazırda bu rəqəm 115 milyard dollar təşkil edir.
Bütövlükdə "Bloomberg" agentliyinin ilk beşyüzlüyündə yer alan 173 amerikalı milyarder öz sərməyələrinin 5,9%-dən məhrum olublar. Onların birlikdə sərvəti təxminən 1,9 trilyon dollar təşkil edir.
Asiyanın ən iri biznesmenlərinin aktivlərində də 144 milyard dollar azalma müşahidə edilib.
Analitiklər avropalı milyarderlərin aktivlərinin dəyərlərinin azaldığını vurğulayıblar.
Məsələn, dünyanın məşhur təkər brendlərindən sayılan Almaniyanın "Continental AG" firmasının majoritar səhmdarları sayılan Şeffler ailəsinin göstəriciləri 17 milyard dollar aşağı düşüb.шаблоны для dle 11.2