Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

600-dən çox adam qrip virusu ilə xəstəxanaya yerləşdirildi

Baxılıb: 723     Tarix: 09-01-2019 15:19   

Gürcüstanda 640-a yaxın şəxs qrip virusu ilə xəstəxanaya yerləşdirilib.
Report xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri David Sergeenko məlumat verib.
O deyib ki, pasiyentlərin 39-u Reanimasiya şöbəsindədir: “Bu günə olan məlumata görə, dünənə nisbətən göstəricilər yaxşıdır. Xəstəxanaya yerləşdirmə halları, təxminən, 100 hal azalıb. Bu, yaxşı dinamikadır. Virusa yeni yoluxanların sayı azalsa da, xəstəliyə yoluxanların vəziyyəti ağır olaraq qalır”.
Qripə görə uşaq bağçaları və məktəblərin bağlanmasına gəlincə, D.Sergeenko məsələ ilə bağlı məsləhətləşmələrin aparıldığını bildirib.
Qeyd edək ki, Gürcüstanda donuz qripi adlandırılan A (H1N1) virusundan 13 nəfər ölüb. Ölkədə bu virusa 158 yoluxma halı təsdiqlənib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar