Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

YUNESKO ensiklopediyasına düşən alimimiz

Baxılıb: 660     Tarix: 14-01-2019 12:30   
Bu gün mühəndis-geoloq, professor, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin 89 yaşı tamam olur.
Qanunvehedef.az xatırladır ki, Xoşbəxt Bağı oğlu Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində doğulub. 1947-ci ildə orta məktəbi bitirərək M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olub.
İnstitutu 1952-ci ildə bitirən X.Yusifzadə əmək fəaliyyətinə elə həmin il SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı ”Dövlətxüsusineftlayihə” kontorunda başlayıb.
1954-cü ilin mart ayında ”Gürganneft” trestinin (indiki Neft Daşları NQÇİ) birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilib. X.Yusifzadə 1958-1959-cu illərdə Neft Daşları Mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu, 1959-1960-cı illərdə həmin sexin rəisi vəzifələrində işləyib.
1970-1992-cı illərdə “Xəzərdənizneft” Birliyinin, ”Xəzərdənizneft” İstehsalat Birliyinin, Ümumittifaq ”Xəzərdənizneftqazsənaye” Birliyinin, ”Xəzərdənizneftqaz” İstehsalat Birliyinin və ”Xəzərdənizneft” İstehsalat Birliyinin baş direktorunun müavini - baş geoloq vəzifələrində çalışıb.
1992-1994-cü illərdə “Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ prezidentinin müşaviri, 1994-2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti kimi xidmət göstərib.
2004-cü ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti təyin edilib.
Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən artıq neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan ”Azəri”, ”Çıraq” və ”Günəşli” yataqları kəşf edilərək istismara daxil edilib.
1988-ci ildən başlayaraq xarici şirkətlərlə birgə aparılmış demək olar ki, bütün işlərdə, bir sıra yataqların, o cümlədən 2010-cu ildə ARDNŞ-nin öz gücü ilə açdığı “Ümid” yatağının kəşf edilməsində xidmətləri əvəzssizdir.
2007-ci ildə çapdan çıxan “Akademik Xoşbəxt Yusifzadə” biblioqrafiyası 2009-cu ildə Türkiyədə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən dörd dildə (türk, ingilis, rus, Azərbaycan) nəşr edilib.
Azərbaycanda və Xəzər dənizində neft və qazçıxarmanın inkişafına verdiyi böyük töhfələrə görə X.B. Yusifzadə ayrı-ayrı illərdə ”İstiqlal”,”Şöhrət”, ”Şərəf”, “Əmək” ordenlərinə, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.
X.B. Yusifzadəyə SSRİ-nin iki “Qırmızı Əmək Bayrağı”, “Şərəf Nişanı” ordenləri, “SSRİ-nin Fəxri neftçisi”, ”Yer təkinin Fəxri kəşfiyyatçısı”, Azərbaycan SSR-nin Əməkdar Mühəndisi, Azərbaycanın Əməkdar Mühəndisi fəxri adları verilib.
Görkəmli alim iki dəfə Azərbaycan SSR-nin Dövlət mükafatına (1982-ci və 1991-ci illərdə) layiq görülüb.
Neft hasilatında nanotexnologiyaların inkişaf etdirilməsi və tətbiqi sahəsində görkəmli xidmətlərinə görə 2010-cu ildə akademik X.B. Yusifzadə YUNESKO-nun xüsusi medalı ilə təltif olunub, adı bu beynəlxalq təşkilatın ensiklopediyasına daxil edilib.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının qərarı ilə türk dünyasının elmi, təhsili və iqtisadiyyatı sahəsində böyük xidmətlərinə görə X.B. Yusifzadə 2008-ci ildə bu akademiyanın beynəlxalq ”Qızıl Ulduz Medalı” ilə təltif edilib, ”İlin alimi” elan olunub, 2011-ci ildə isə ”Türk Dünyasının Fəxri Alimi” adına layiq görülüb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar