Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Diqqət: Bu dayanacaqların yeri dəyişdirildi

Baxılıb: 732     Tarix: 15-01-2019 12:30   
Yol kəsişmələrində və ya kəsişmələrə yaxın ərazilərdə quraşdırılmış avtobus dayanacaq pavilyonlarının yerləri dəyişdirilir.
Bakı Nəqliyyat Agentliyindən Qanunvehedef.az-a verilən məlumata görə, bu çərçivədə Mərdanov Qardaşları küçəsi ilə A.Bakıxanov küçələrinin kəsişməsində yerləşən dayanacaq pavilyonu bir qədər geridə təşkil edilib. Nəticədə yolun hərəkəti buraxmaq qabiliyyəti artıb.
Məlumat üçün bildirək ki, işıqforla nizamlanan Mərdanov Qardaşları küçəsi ilə A.Bakıxanov küçələrinin kəsişməsində daimi sağa yanan əlavə bölmə olmağına baxmayaraq həmin ərazidə avtobus dayanacaq məntəqəsinin mövcud olması səbəbindən yolda sıxlıq müşahidə olunurdu.
Həmçinin, Cavadxan küçəsində (Zərifə Əliyeva adına göz klinikasının qarşısında) mövcud avtobus dayanacaq məntəqəsi svetoforla nizamlanan yol kəsişməsində təşkil edildiyindən həmin ərazidə avtobusların dayanması sərnişinlərin təhlükəsizliyini təmin etmədiyindən və hərəkət iştirakçılarına maneə yaratdığından, avtobus dayanacaq məntəqəsi kəsişmədən irəlidə təşkil edilib.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar