Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Məktəblilərin qış tətili başlayır: Dəyişiklik edilmədi

Baxılıb: 484     Tarix: 16-01-2019 12:40   
Yanvarın 27-dən məktəblilər üçün qış tətili başlayır.
Qanunvehedef.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, tətil 5 gün - 31 yanvar tarixinədək davam edəcək.
Maraq doğuran məqam odur ki, 26-27 yanvar, həmçinin 2-3 fevral şənbə və bazar günlərinə təsadüf etdiyindən, şagirdlər 6 gün tətildən sonra bir gün dərsə gedəcək, bunun ardınca isə yenidən 2 gün istirahət edəcəklər. Adətən, pedaqoqlar şagirdlərin yuxu sistemini nəzərə alaraq, tətil və istirahət günləri arasındakı bir dərs gününü əvəzləməyi daha məqbul sayırlar və sovet təhsil sistemində bu, tez-tez tətbiq olunurdu. Tətilin başlandığı günün (27 yanvar tarixinin) bazar günü ilə üst-üstə düşməsi dəyişiklik üçün fürsət verə bilərmi?
Bununla bağlı suala aydınlıq gətirən Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib ki, qanunvericilikdə necədirsə, tətil də elə olacaq və heç bir dəyişiklik nəzərdə tutulmayıb. Başqa sözlə, şagirdlər 1 fevral tarixində dərsdə olmalıdırlar.шаблоны для dle 11.2