Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Sürücülərin “gizlənpaç” oyunu 800 manata başa gələ bilər

Baxılıb: 469     Tarix: 16-01-2019 13:00   
Bəzi "ağıllı" sürücülər dayanma-durma qaydasını pozanda nömrənin üstünü bağlayırlar ki, qadağan olunmuş yerdə parklanma etdiklərinə görə BNA kameraları onları cərimələyərkən müəyyən edə bilməsin. Ancaq sürücülər başa düşmür ki, elə nömrənin üstünü bağlamağa görə 800 manat cərimə nəzərdə tutulub.
Bu sözləri Qanunvehedef.az-a nəqliyyat eksperti Elməddin Muradlı dayanma-durma qaydalarını pozan, qadağan olunmuş yerlərdə avtomobil saxlayanların cərimə olunmamaq üçün nömrələrini bağlayan sürücülərlə bağlı danışarkən bildirib.
Ekspertin sözlərinə görə, nömrənin üstünü xüsusi örtüklə bağlamağın cəriməsi dayanma-durma qaydasını pozmağa görə nəzərdə tutulmuş cərimədən qat-qat yüksəkdir və 20 manatlıq cəriməyə görə belə risk etməyə dəyməz:
“BNA belə faktları aşkar etdikdə dərhal Dövlət Yol Polisinə məlumat verəcək və həmin sürücü mütləq şəkildə 800 manat cərimələnəcək”.
Ekspert həmçinin bildirib ki, dayanma-durma qaydalarını pozanları cərimələməklə parallel, yeni dayanma-durma yerləri müəyyən etmək, bəzi yerlərdə saatdan və günlərdən asılı olaraq parkinqə icazə vermək lazımdır. Əks halda sürücülərin narazılığı və çarəsizliyi qaçılmazdır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar