Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Gəmilər növbətçiliyə cəlb olundu: Xəzərdə son durum...

Baxılıb: 471     Tarix: 18-01-2019 13:10   
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) yanvarın 17-də Xəzər dənizi akvatoriyasında və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar maksimum dərəcədə təhlükəsizlik tədbirləri görüb.
Qurumdan Qanunvehedef.az-a bildirilib ki, ASCO Xəzərdə üzən bütün gəmilərinə hava şəraitinin kəskin dəyişəcəyi və görülməli olan tədbirlər barədə iki gün öncədən yazılı məlumat göndərib, müvafiq tapşırıqlar verib.
Tapşırığa əsasən baş verə biləcək fövqəladə hadisələrə qarşı dərhal müvafiq tədbirlərin görülməsi məqsədilə ASCO-ya məxsus gəmilər növbətçi təyin olunub. Belə ki, “Vixr-3”, “Qubadlı”, “Nefteqaz-58”, “Lütoqa”, “Andoqa” gəmiləri Neft Daşları-Günəşli-Cilov, “Aura” və “Yarenqa” gəmiləri Abşeron, “İrgiz” və “Kapitan Ağasıyev” gəmiləri Bakı-Bahar, “Vixr-9”, “Vixr-5”, “Zirə”, “Mərdəkan” və “Sumqayıt” gəmiləri isə Qaradağ-MPS-Ümid rayonlarında təhlükəsizliyin təmini istiqamətində xidmət həyata keçiriblər.
Bununla bərabər, “Salyut” və “Hövsan-5” gəmiləri ASCO-nun sahil obyektləri ərazisində növbətçiliyə cəlb olunublar.
Bu saatadək hər hansı fövqəladə hal qeydə alınmayıb.
Onu da qeyd edək ki, ASCO-da hava şəraitinin kəskin dəyişməsi ilə bağlı həyata keçirilən bütün tədbirlər əlaqələndirilib və mərkəzləşdirilmiş nəzarət gücləndirilib.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar