Xəbər lenti
22/06/2026 [13:37]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan ağsaqqalları Şəhidlər Xiyabanında - Foto

Baxılıb: 734     Tarix: 18-01-2019 14:22   
Yanvarın 18-də Azərbaycan Ağsaqqallar Şurasının üzvləri, veteranlar və ziyalılar 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.
Qanunvehedef.az xəbər verir ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarları üzərinə güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov jurnalistlərə müsahibəsində bildirib ki, 20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Azərbaycan xalqı Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini yad edir.
Fəttah Heydərov sovet ordusunun keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və respublikanın digər şəhər və rayonlarında günahsız insanlara qarşı cinayət törətdiyini qeyd edib. O vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi həmişə qəlbimizdə uca tutulacaq. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hadisələrdən dərhal sonra imperiyanın mərkəzində - Moskvada bu cinayətə etiraz edərək öz xalqı ilə həmrəylik nümayiş etdirdi. Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində mühüm addımlar atdı.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar