Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin kollektivi öz işinin öhdəsindən layiqincə gəlir.

Baxılıb: 475     Tarix: 21-01-2019 12:19   

Bu gün Azərbaycanda təhsilimiz nəzərə çarpacaq dərəcədə inkişaf etmişdir. Azərbaycan Repsublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət göz qabağındadır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin bölgələrdə həyata keçirdiyi yeniliklərlə bağlı olaraq nəinki mərkəzdə, hətta ucqar yerlərdə də təhsilin inkişafını təmin edir.
 Bu gün təhsil sahəsində irəliləyişlərin olması, qazanılan nailiyyətlər təbii ki, Azərbaycanımızın, xalqımızın gələcəyə addımlayan uğurlarından xəbər verir.Ümummilli liderimiz H.Əliyev deyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram.” Bu o deməkdir ki, bu gün hansı peşə sahəsində çalışmağımızından asılı olmayaraq, hər birimiz öz müəllimlərimizə minnətdar olmalıyıq.Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində  inkişafın hansı səviyyədə olduğunu öyrənməkdən ötrü üz tutduq Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinə. Kollecə daxil olanda həqiqətən də təhsil üçün belə gözəl binanın olması Kollecdə təhsilin inkişafı ilə bağlı məndə ilk təəsuratı oyatdı. Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovla görüşdük.
Səmimiyyət və təbəssümlə suallarıma cavab verən Xaləddin müəllim  son dövrlərdə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsil sahəsində olan inkişafdan, kollecin işçilərinə və tələbələrə ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıdan danışdı.
Kollecdə bu ürəkaçan inkişafın şahidi olduqdan sonra öz-özümə fikirləşdim ki, ümummilli lider H.Əliyevin qoyub getdiyi irs cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Bir xalqı məhv etmək üçün onun savadını əlindən almaq kifayətdir, məncə. Amma bu gün bizim xalqımız istənilən çətinliklərin öhdəsindən gəlməyə qadirdir. Çünki bizim təhsilimiz bizim möhkəm qalamızdır. Kollecdə tədrisin səviyyəsinin yüksəldilməsi üçün maddi-texniki bazanın möhkəmləndirilməsini Xaləddin müəllim əsas amillərdən sayır. Qəribə görünsə də Kollecin direktoru Xaləddin Ələkbərov  bu tədris ilində kollecin bütün dərslərində olmuş, tələbələrlə görüşmüş, kollecdə tədrisin vəziyyətini yüksəltmək üçün təklif və tövsiyyələrini vermişdir.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar