Mehman İlham Əliyevə müraciət etdi - Mətn
Baxılıb: 458 Tarix: 21-01-2019 16:30
Həbsdə olan blogger Mehman Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
Qanunvehedef.az Report-a istinadən yanvarın 20-də imzalanmış müraciətin mətnini təqdim edir:
“Hörmətli cənab Prezident,
Mən Mehman Hüseynov 2 ilə yaxındır cəza çəkirəm. Bu müddət ərzində cəzaçəkmə müəssəsinin əməkdaşları ilə aramda hər hansı xoşagəlməz hadisə olmayıb. Həmişə çalışmışam rejimə əməl edim. Lakin keçən il 26 dekabrda cəza çəkdiyim müəssisədə insident baş verdi və bu hadisəyə görə mən günahlandırılmışam. Hadisə barədə geniş yazıb vaxtınızı almaq istəməzdim. Sadəcə onu demək istəyirəm ki, baş vermiş hadisədə mənim günahım yoxdur. Mən həbsxana əməkdaşını vurmamışam.
2 mart tarixində mənim cəzamın vaxtı bitir. Mən bu tarixi çox gözləmişəm. Təzədən məhkum olunmaq, yeni cəza almaq istəmirəm. Mən əvvəllər də dediyim kimi kiminsə hərəkətinə görə məsuliyyət daşımıram. Amma kiminsə mənim vəziyyətimdən özü üçün istifadə etməsini də istəmirəm. Məni yalnız bir şey maraqlandırır. Azadlığa çıxmaq. Mənə yeni cəza verilsə bu tək qalmış 70 yaşlı atam üçün də böyük zərbə olacaq. Onun üçün məni bu vəziyyətdə görmək, tez-tez gəlib mənə baş çəkmək çox çətindir.
Sizdən xahiş edirəm araşdırmanın düzgün araşdırılmasına göstəriş verəsiniz. Sizin müdaxiləniz olsa əminəm ki, mənim işim üzrə qərar ədalətli olacaq”.
Ən çox oxunanlar
Son xəbərlər