Ağcabədi Pedaqoji Kollecinin direktoru Mirələm İbrahimli rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilir
Baxılıb: 2 125 Tarix: 22-01-2019 14:53
Yaşadığı elin, dünyaya göz açıb boya – başa çatdığı yurdun, Vətənin gələcəyi üçün çalışmaq, vətənə olan borcunu qaytarmaq və hər zaman onun adını zirvələrə ucaltmaq hər bir vətəndaşın borcudur.Öz əməlləri, fəaliyyəti, ilk növbədə insani keyfiyyətləri, mənəviyyatı ilə hər kəsə nümunə olan əsl vətən oğlu haqqında oxucularımıza məlumat vermək istərdik. El ağsaqqalı Mirələm müəllim dünyaya göz açdığı ziyalı ailədə əsl milli – mənəvi dəyərlərə, haqqa - ədalətə baglı valideynlərdən ali tərbiyə alaraq, bu gün özü də ziyalı el atası kimi hörmətlə sayılıb –seçilir.
Ağcabədi Pedaqoji Kollecinin direktoru Mirələm İbrahimli yüksək insanlığı ilə seçilən vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
Mirələm müəllim vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar. Ağcabədi Pedaqoji Kollecinə daxil olanda həqiqətən də təhsil üçün belə gözəl binanın olması Kollecdə təhsilin inkişafı ilə bağlı məndə ilk təəsüratı oyatdı. Sonra kollecin direktoru Mirələm müəllimlə görüşdük. Səmimi olaraq suallarıma cavab verən Mirələm müəllim rəhbərlik etdiyi kollecdə təhsil sahəsində olan inkişafdan, kollecin işçilərinə və tələbələrinə ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıdan danışdı.
Mirələm İbrahimli əsl ziyalı üçün vacib sayılan mühüm keyfiyyətlərdən biridə onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda yolların mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir.
Ən çox oxunanlar
Son xəbərlər