Mövlud müəllim vəzifəsini vicdanla yerinə yetirir
Baxılıb: 996 Tarix: 24-01-2019 16:43
Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan nailiyyətlərin sırasında bu sahənin inkişafı önəmli yer tutur. “Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılacaq”, – deyən ölkə başçısı İlham Əliyev ötən illərdə avtomobil yollarının, yol qurğularının açılışı ilə bağlı çoxsaylı mərasimlərdə iştirakı zamanı bu sahəhin inkişafı üçün öz dəyərli tapşırıq və tövsiyələrini verib. Ölkə rəhbəri kənd yollarının yenidən qurulmasını da diqqətdə saxlayır.
Son illər Prezident İlham Əliyev kəndlərarası avtomobil yollarının tikintisi ilə əlaqədar 50-dən artıq sərəncam imzalayıb. Kənd yollarının təmiri və bərpası ilə bağlı işlərin yerinə yetirilməsi yol təmir-tikintisi üzrə ixtisaslaşmış və 2016-cı ildən müstəqil qurum kimi fəaliyyət göstərməyə başlayan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib. Bu, yol inşaatçılarının üzərinə əlavə məsuliyyət qoyur.
Həyat insana bir dəfə bəxş olunur və hər kəs həyatı boyunca öz düşüncə tərzinə, insanlarla qurduğu münasibətə və əməllərinə layiq olduğu məqama yetir. Qurub – yaşatmaq eşqi ilə yaşayan və gözəl, xeyirxah düşüncələrini həyata keçirməyi qarşısına vəzifə borcu qoyaraq, alın tərilə,elmi – bilikləri və bacarığı ilə nailiyyətlərə qovuşan el ağsaqqalı haqqındadır söhbətimiz.
Hər kəs onun xeyirxahlığından, mənəviyyatlı, təvazökar və sadə bir insan olmasından böyük razılıq edir və bu qənaətə gəlirlər ki, heç bir vəzifə, məqam əsl insaniyyətliyi dəyişə bilmir – elə Mövlud müəllim kimi. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan Azəravtoyol ASC-nin Zaqatala şəhər 17 №-li Yol İstismar İdarəsinin rəisi Mövlud Qəhrəmanovdur.
Mövlud müəllim doğma eli, vətəni yolunda bütöv bir ömür həsr edərək, bu günə qədər halal zəhmətlə çalışmışdır. Onun üçün bu xalqın, bu elin rifahı hər şeydən önəmlidir və bu yolda yorulmadan, əzmlə çalışmaqda davam edir.
Mövlud müəllim vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir.
Prezident İlham Əliyevdən nümunə götürən Mövlud müəllimin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!!!
Dövlət başçısının 20 fevral 2008-ci il tarixli sərəncamı ilə fevralın 22-nin Azərbaycan Respublikası avtomobil yolları işçilərinin peşə bayramı günü kimi təsis edilməsi taleyini bu vacib və gərəkli sahəyə bağlamış insanların zəhmətinə verilən dəyərin bariz ifadəsidir. Yol təsərrüfatı işçiləri də ölkə rəhbərinin sonsuz diqqət və qayğısına cavab olaraq ölkəmizin avtomobil yolları şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm və məqsədyönlü tədbirlərin həyata keçirilməsində bundan sonra da fəal iştirak edəcəklər.
Ən çox oxunanlar
Son xəbərlər