Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Məcid Əliyev vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Baxılıb: 1 287     Tarix: 24-01-2019 16:37   

Son illərdə Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub. 
Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə reallaşdırılan siyasətin prioritetləridir. Bu gün artıq ölkəmizin bütün regionlarında yaşayan əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və müalicəni, əməliyyatları həyata keçirməyə imkan verən yeni səhiyyə müəssisələri yaradılıb. O cümlədən Zaqatala  rayonunda səhiyyənin bu gün ən yüksək standartlara cavab verən bir səviyyədə olması da bütün bu deyilənlərə ən bariz nümunədir.
Zaqatala  Mərkəzi rayon Xəstəxanasının baş həkimi Məcid Əliyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
Məcid  müəllim vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.
  Azərbaycanda xalqın saglamlıgı istiqamətində əvəzedilməz rolu olan, xalqın təfəkküründə bu gün də minlərlə xəstəni sağlamlığına qovuşduran Zaqatala Mərkəzi Rayon Xəstəxanası  hər zaman öz şöhrətinin zirvəsində dayanaraq yüksək səviyyəli tibb ocagı olaraq tanınmaqdadır.
  Qanunvəhədəf.az saytının  Zaqatala  rayonunda, sakinlər arasında keçirdiyi sorğu nəticəsində əhalinin, Zaqatala  Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məcid Əliyev  haqqındakı fikirləri bir mənalı olaraq müsbətdir. Sakinlərin dediyinə görə də Zaqatala Rayon Mərkəzi Xəstəxanasında əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərilir. Sakinlər xəstəxananın baş həkimi Məcid Əliyevdən xüsusilə razılıq edirlər. Onların sözlərinə görə, rayon səhiyyəsində ciddi nizam-intizam olmaqla yanaşı, öz peşəsini mükəmməl bilən bilikli və təcrübəli həkimlər çalışırlar. Xüsusilə vurğulamaq lazımdır ki, xəstəxananın elmi potensialı da yüksək səviyyədədir.
Bu gün Zaqatala  RMX vətəndaşlara da yüksək səviyyədə xidmət göstərir. Onlar bu xəstəxanada hər bir işin öz qaydasında olduğunu bildirdilər. Xəstəxanada xəstələrə çox yaxşı münasibət göstərilir, hər bir xəstəyə diqqət  və qayğı ilə yanaşılır.
  Zaqatala  Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məcid Əliyev  zəhmətkeşliyi , savadı və fədakarlığı nəticəsində  rayonda normal səhiyyə mühiti formalaşdırıb. Təbii ki, səhiyyəmizin belə inkişafında nazir Oqtay Şirəliyevlə bərabər, ayrı-ayrı səhiyyə ocaqlarının rəhbər şəxslərinin də əziyyəti az deyil. Məhz belə şəxslərdən olan Zaqatala  Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məcid Əliyev əhalinin rəğbətini qazana bilmişdir.
Ona etibar edilən bütün postlarda  Məcid müəllim özünü doğruldub. Bizdə hörmətli Məcid müəllimə  dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar diləyirik.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar