Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Elektriklə balıqları kütləvi məhv edənlər tutuldu - Foto

Baxılıb: 852     Tarix: 25-01-2019 12:20   
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin BQM-nin və BEMB-nin İmişli XPM-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz balıq ovu ilə məşğul olan bir neçə şəxs yaxalanıb.
İdarədən Qanunvehedef.az-a verilən məlumata görə, 1994-cu ildə İmişli rayonunun Govhərli kəndində anadan olan Cəfərov Əlirza Fəramiz oğlu, həmin kənddə pasport qeydiyyatında olan və yaşayan Qarayev Qara Mahir oğlu İmişli rayonu Xəlfəli kəndi istiqamətində Araz çayı ilə Baş Mil-Muğan Kollektorunu birləşdirən kanaldan qanunsuz balıq tutarkən saxlanılıblar.
Yoxlama zamanı onlardan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd akkumulyator, 1 ədəd gərginlik artıran cihaz, 3 hissəsində elektrik naqili bağlanmış "domça” adlandırılan balıqovlama vasitəsi və ümumi çəkisi 5,5 kq olan 27 ədəd durna balığı, 8 ədəd dabanbalığı və 2 ədəd lilbalıq balıqları akşar edilərək, maddi sübut kimi götürülüb.
Həmin şəxslər Azərbaycanın müvafiq qanunvericiliyinə zidd olaraq elektrik avadanlığı ilə balıqları kütləvi şəkildə məhv edərkən yaxalanıblar. Onlar su polislərini gördükləri an işlək vəziyyətdə olan elektrik avadanlığını suya atıblar. Sonradan həmin avadanlıq taxta vasitəsi ilə sudan çıxarılıb. Əvvəllər bu cür kustar üsulla hazırlanmış elektrik avadanlığı ilə brokonyerler balıq tutmaq istəyərkən dəfələrlə ölüm hadisəsi baş verib və həmin aparat özlərini öldürüb.
İdarənin məlumatında elektrik avadanlığı ilə ovlanan balıqların insan sağlamlığı üçün çox təhlükəli olduğu bir daha diqqətə çatdırılıb, eləcə də kafe, restoran və bazarlarda bu yolla ovlanan balıqları almamaq tövsiyə edilir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar